Sizin Reklam Burada
Xəbər lenti
18-11-2025
17-11-2025
BÜTÜN XƏBƏRLƏR

"İldə "TikTok"dan 306 min qazanırdım" - "Tiktok"er Bənizin MƏHKƏMƏSİ

Tarix: 18-11-2025 20:26     Baxış: 427 A- / A+


"İldə "TikTok"dan  306 min qazanırdım"  - "Tiktok"er Bənizin MƏHKƏMƏSİ
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "tik-tok"er Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Manevr.az xəbər verir ki,  təqsirləndirilən şəxs cinayət işində zərərçəkən kimi tanınan Xalid Kərimovu şantaj edərək, ondan külli miqdarda vəsait alması məsələsinin heç vaxt baş vermədiyini deyib: "Xalid Kərimovla ailəli olmuşam. Bir halda ki, o şəxslə ailə kimi yaşamışamsa, onu necə şantaj edə bilərəm? Sumqayıtdakı evimi satıb, əlavə də kömək edərək Bakıda ev almışıq. Avtomobilimi satıb, üzərinə pul qoyub yeni avtomobil almışam. Mənim hər bir şeyim olub. 1 il ərzində "tik-tok"dan 306 min manat pul qazanmışam. Ona görə də mənim heç vaxt ondan pul tələb etməyə ehtiyacım olmayıb".
Xaricdə yaşayan bloger Manaf Cəlilzadə ilə onun hər hansı bir əlaqəsinin olub-olmaması məsələsinə gəlincə,  Aybəniz Xəlilova belə cavab verib: "Mən bu Vətənə övlad yetişdirirəm. Üç ildən sonra onu əsgər yola salacam. Heç vaxt elə bir nalayiq hərəkət etmərəm ki, elə insanlarla hər hansı bir əlaqəyə keçim. Milyonlarla izləyicim olan səhifəm var. Sadəcə canlı açanda, o dəfələrlə canlıya yazaraq "sənin arxanda duran həcini tapacam" kimi ifadələr yazırdı. Mən də bloka atmışam onu. Bildiyimə görə o, sonra Xalidə yazıb pul istəyirdi".
Məhkəmə tərkibi vaxt məhdudiyyətindən epizodlar üzrə sualların cavablandırılması üçün prosesin  dekabrın 9-da keçirilməsini qərara alıb.
Xatırladaq ki, X.Kərimov A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.
"Tik-tok"er barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar