Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Cəbrayılın Horovlu kəndinə köç karvanı yola salındı - Şəkillər

Tarix: 18-11-2025 09:14     Baxış: 430 A- / A+
Bu gün Cəbrayılın Horovlu kəndinə köç karvanı yola salındı.

Köç Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən həyata keçirilir.

Yenidən qurulan Horovlu kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Uzun illərdən sonra ata-baba torpaqlarına qayıdan sakinlər sevinc hisslərini bölüşüblər.
Horovlu kənd sakini İltifat Balacayev bildirib ki, bu gün illərlə həsrətində olduqları torpağa yenidən qədəm qoymaq qürur və xoşbəxtlik hissidir:

“1993-cü ilin avqustun 20-də məcburi köçkün düşdük. Şükür Allahın böyüklüyünə bu gün torpaqlarımıza, kəndimizə qayıdırıq. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Onların valideynlərinin, övladlarının qarşısında baş əyirik. Qazilərimizə can sağlığı diləyirik.

Bu gün ailəm, uşaqlarım, nəvələrimlə birgə Horovluya qayıdıram. Arzum budur ki, bütün məcburi köçkünlər bizim kimi öz yurd-yuvalarına qayıtsınlar. Onlar o torpaqlarda abadlıq işləri görsünlər.”

Horovluya qayıdan digər sakin Maniya Məmmədova da sevincini gizlətməyib:

“Horovlu mənim ana vətənimdir, Allaha min şükür ki, bu gün illərdən sonra ora qayıtmaq mənə nəsib oldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Arzu edirəm ki, torpağımıza köçən insanların hər biri orada gözəl yaşasın.

Horovlu ilə bağlı xatirələrim çoxdur. 36 il orada təsərrüfatda işləmişəm, 8 uşaq saxlamışam. Onları müharibəyə yola salmışam, çox şükür ki, sağ-salamat qayıdıb gəldilər.”

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar