Sizin Reklam Burada
Xəbər lenti
12-08-2025
11-08-2025
BÜTÜN XƏBƏRLƏR

"İndi söz haqqı kreslo, kürsü, titul, orden sahiblərinə verilib"

Tarix: 19-06-2025 13:15     Baxış: 2666 A- / A+
 Ayda - ildə bir dəfə qələmlərindən bir damcı söz çıxır, baxırsan ki, reklam reklam dalınca gedir
                  Təranə Dəmir
                  AYB üzvü

Azərbaycanda  indi söz  haqqı kreslo, kürsü, titul, orden sahiblərinə verilib. Bütün şöhrətpərəstlər də onların ətrafında  cəm olub. Saytlar, yazılı mətbu orqanları, kütləvi informasiya  vasitələri  ancaq bu sözbazlara xidmət edir. Haqlarında çeşid-çeşid kitablar, uzun -uzun tərif dolu yazılar yazılır, verilişlər hazırlanır. Hansı tərəfə baxırsan bunlardı. Özlərini cəmiyyətə sırımaqda mahirdilər. Ayda - ildə bir dəfə  qələmlərindən  bir  damcı söz çıxır, baxırsan ki, reklam reklam dalınca gedir. Bir-birindən tutub yeriyirlər  ədalətsizliyə sarı. Tərif, təltif  şairləri, yazıçıları ekran-ekran  özlərini  təqdim etdiri, əsl söz də onların kölgəsində  boğulur. 

Elə əsl  oxucu da  sözdən kasadlıq  çəkir. Əvəzində zövqsüz  və  cılız oxucu  ordusu  formalaşır. Bu sözbazlar  kütləviləşir və  əsl ədəbiyyat qaranlıqda itib batır. Ədəbi tənqid yox dərəcəsindədi.  Əbədi  tərif  erasıdı.  Acınacaqlı hal odur ki, belələri  sözdən  nə qədər uzaq olduqlarının  fərqində belə deyillər. Mətbu orqanları bu  adlı, "şöhrətli",  kreslolu yazarların oxucularla  görüşünü  təşkil edir, onları  diplomlarla, medallarla  mükafatlandırırlar (hamısının bir Sözcən dəyəri  yoxdu). Dedim axı bunlar hamısı  bir -birinə söykənir. O bunu, bu onu reklam edir. Onlara istedadlı insanlar lazım deyil. Çünki istedad onlarçun ən birinci təhlükədi. Kölgədə qalmaqdan, unudulmaqdan  bərk  qorxurlar.

 Respublika  səviyyəli tədbirlərdə  bunlardı, azad olunmuş torpaqlarda boğazdanyuxarı Vətən şeirləriylə bunlardı, yaradıcılıq gecələrində, festivallarda -hər  yerdə  bunlardı. Bəlkə də  bu işdə   özlərini  haqqlı da  bilirlər. Bəlkə də əksinə, cılız  və bəsit  olduqlarından xəbərləri var. Ona görə  də "əl əli  yuyar, əl də üzü" prinsipi  ilə yaşayırlar. Dayımın  dayısı  musalı. Amma bilmirlər ki, zaman heç də onların xeyrinə işləmir.  Kreslo bu gün sizdədi, sabah kimdə olacaq, Allah  bilir.  Bir də ki, qorxan gözə çöp düşər.... Söz haqqı.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar