Xəbər lenti
Xəstəxana adı ilə evdən çıxan 85 yaşlı kişi başqa ölkədə tapıldı
Fransada 80 yaşlı bir təqaüdçünün hərəkəti hamını çaş-baş salıb.Yaşlı kişi qonşu şəhərdəki həkimə getməyi planlaşdırsa da, izaholunmaz şəkildə öz avtomobili ilə minlərlə kilometr qət edərək Xorvatiyada tapılıb.
Əvvəlcə onun üzvü olduğu yerli ictimai təşkilatın fəalları, sonra isə qonşuları narahat olublar. Çünki kişini bütün gün görməyib və əlaqə saxlaya bilməyiblər. Təcili yardım xidmətləri onun evinə gələndə mənzil boş olub.
Xilasetmə xidmətləri onunla telefonda əlaqə saxladıqda isə təəccüblə öyrəniblər ki, yaşlı kişi Xorvatiyada bir oteldə qalır.
Səyahətçinin sözlərinə görə, o, əvvəlki gün həkim qəbuluna getmək üçün yola çıxıb. Lakin qısa bir səfər əvəzinə sükan arxasında bir gündən çox vaxt keçirib, bir neçə Avropa ölkəsini keçərək nəhayət Xorvatiyadakı oteldə dayanıb. Bu naviqasiya səhvinə elektron naviqatorun nasazlığı, diqqətsizlik, yoxsa qəfil oriyentasiya pozğunluğunun səbəb olması isə hələlik məlum deyil.
Təqaüdçünün sözlərinə görə, bu hadisənin necə baş verdiyini o, başa düşə bilmir. Qeyd etmək lazımdır ki, bundan əvvəl onun oriyentasiya və ya idrak qabiliyyəti ilə bağlı heç bir problemi müşahidə olunmayıb. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























