Bu ilin 1 oktyabr tarixinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında pensiyaçılar və ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailə üzvlərinin sayı açıqlanıb.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablamalar aparıb.
1 oktyabr tarixinə Qarabağ iqtisadi rayonunda pensiyaçıların sayı 62 734 nəfər, təyin olunmuş pensiyaların orta aylıq məbləği 419,30 manat olub.
Pensiyaçıların sayı Ağcabədi rayonunda 12 921 nəfər, Ağdam rayonunda 12 782 nəfər, Bərdə rayonunda 15 339 nəfər, Füzuli rayonunda 8 866 nəfər, Xocalı rayonunda 1 145 nəfər, Xocavənd rayonunda 891 nəfər, Şuşa rayonunda 3 179 nəfər, Tərtər rayonunda 7 611 nəfər təşkil edib. Təyin olunmuş pensiyaların orta aylıq məbləği Ağcabədi rayonunda 421,35 manat, Ağdam rayonunda 410,92 manat, Bərdə rayonunda 418,21 manat, Füzuli rayonunda 420 manat, Xocalı rayonunda 399,61 manat, Xocavənd rayonunda 412,33 manat, Şuşa rayonunda 448,94 manat, Tərtər rayonunda 422,70 manat olub.
Sözügedən tarixə iqtisadi rayon üzrə ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı 24 913 nəfər, 1 nəfərə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği isə 97,11 manat təşkil edib.
Xankəndi şəhərində 105 nəfər, Ağcabədi rayonunda 3 226 nəfər, Ağdam rayonunda 7 406 nəfər, Bərdə rayonunda 4 466 nəfər, Füzuli rayonunda 4 703 nəfər, Xocalı rayonunda 770 nəfər, Xocavənd rayonunda 708 nəfər, Şuşa rayonunda 743 nəfər, Tərtər rayonunda 2786 nəfər ailə üzvü ünvanlı dövlət sosial yardımı alıb. 1 nəfərə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği Xankəndi şəhərində 99,03 manat, Ağcabədi rayonunda 100,36 manat, Ağdam rayonunda 96,31 manat, Bərdə rayonunda 98,06 manat, Füzuli rayonunda 94,83 manat, Xocalı rayonunda 94,12 manat, Xocavənd rayonunda 97,79 manat, Şuşa rayonunda 93,90 manat, Tərtər rayonunda 99,28 manat olub.
İlin 10 ayında Şərqi Zəngəzur iqtisadi rayonunda pensiyaçıların sayı 26 766 nəfər, təyin olunmuş pensiyaların orta aylıq məbləği 427,34 manat təşkil edib.
Pensiyaçıların sayı Cəbrayıl rayonu üzrə 6 633 nəfər, Kəlbəcər rayonu üzrə 7 870 nəfər, Qubadlı rayonu üzrə 4 856 nəfər, Laçın rayonu üzrə 3 470 nəfər, Zəngilan rayonu üzrə 3937 nəfər qeydə alınıb. Təyin olunmuş pensiyaların orta aylıq məbləği Cəbrayıl rayonunda 423,27 manat, Kəlbəcər rayonunda 415,19 manat, Qubadlı rayonunda 434,95 manat, Laçın rayonunda 416,31 manat, Zəngilan rayonunda 458,81 manat təşkil edib.
10 ayda iqtisadi rayon üzrə ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı 13 410 nəfər, 1 nəfərə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği isə 95,09 manat olub.
Cəbrayıl rayonunda 2 459 nəfər, Kəlbəcər rayonunda 4 680 nəfər, Qubadlı rayonunda 1 423 nəfər, Laçın rayonunda 3 633 nəfər, Zəngilan rayonunda 1 215 nəfər ailə üzvü ünvanlı dövlət sosial yardımı alıb. 1 nəfərə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği Cəbrayıl rayonunda 94,10 manat, Kəlbəcər rayonunda 96,06 manat, Qubadlı rayonunda 93,82 manat, Laçın rayonunda 95,23 manat, Zəngilan rayonunda 94,41 təşkil edib
Xəbər lenti
Qarabağ və Şərqi Zəngəzurda pensiya və sosial yardım alanların sayı açıqlanıb

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























