Sizin Reklam Burada
Xəbər lenti
14-11-2025
13-11-2025
BÜTÜN XƏBƏRLƏR

Füzulidə yeni məktəb istifadəyə verildi

Tarix: 14-11-2025 16:46     Baxış: 315 A- / A+
Füzulidə yeni məktəb istifadəyə verildiFüzuli rayonunun Aşağı Alıxanlı kəndində 132 şagird yerlik tam orta məktəbin yeni inşa edilən binası istifadəyə verilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müasir memarlıq üslubunda tikilən bina funksionallığı, təhlükəsizliyi və tədris imkanları ilə seçilir.Yeni məktəb binasında tədrisin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılıb. Məktəbdə 10 sinif otağı, 1 məktəbəhazırlıq otağı, 3 laboratoriya və 2 əmək otağı yaradılıb.
Qeyd edək ki, şagirdlərin bilik və bacarıqlarını genişləndirməsi üçün informatika və çağırışaqədərki hazırlıq kabinetləri, eləcə də kitabxana və oxu zalı fəaliyyət göstərir.
Təhsil ocağında sosial-inzibati infrastruktur da tam şəkildə qurulub. Məktəbdə akt zalı, yeməkxana, müasir tələblərə cavab verən idman zalı və açıq idman meydançası istifadəyə verilib. Binanın bütün mühəndis-kommunikasiya sistemləri yenilənib, ətraf ərazi abadlaşdırılıb. Aşağı Alıxanlı kəndində yeni məktəb binasının istifadəyə verilməsi şagirdlər üçün müasir, rahat və təhlükəsiz təhsil mühiti yaradaraq tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar