Xəbər lenti
Populistlikdən çalışıb qurtulun, Sabir Rüstəmxanlı

Emil Rasimoğlu
şair-publisist
BU GÜN bu ölkədə elmi iş müdafiə edib, (xüsusilə də ədəbiyyat sahəsi üzrə) alimlik elmi dərəcəsi alan kifayət qədər ismlər var.
LAKİN UNUTMAQ LAZIM DEYİL Kİ, əgər mövzu ƏDƏBİYYATdırsa, SƏNƏTdirsə bu zaman alim olmaq hələ ƏDƏBİYYATla, gerçək SƏNƏTlə bağlı fundamental şəkildə ortaya ƏDƏBİ MÜLAHİZƏ qoymaq gücünə malik olmaq demək deyil...
ƏDƏBİYYATın, SƏNƏTin gerçək mahiyyəti və meyarları üzrə çıxış etmək istənilən bir FƏRDdən (qələm adamından, fikir adamından!) öncə spesifik İDRAKİ POTENSİAL, eyni zamanda analitik təfəkkür, dünyagörüş müstəvisində sənətə bələd olmaq “kodu” tələb edir.
YOXSA Kİ... məsələn, hamımızın yaxşı tanıdığı Vaqif Yusifli də alimdir. Nə olsun? Eləcə “yazır”... Amma və lakin(!) gəlin görək, kütlə təfəkküründən, məişət təsəvvür mexanizmindən, ədəbi məsələlərə kütlə psixologiyası ilə yanaşma “vərdişindən” qopa (çıxa!) bilirmi(?!), gerçək YARADICILIQ PROSESİnin fəlsəfi — energetik — idraki qatına çatmaq gücünü özündə tapırmı həmin Vaqif Yusifli? Əlbəttə ki, yox! Necə deyərlər, ancaq düşüncə məhdudluğu çevrəsində trafaret “boz yazılarla” belə demək mümkündürsə, gün keçirdir, sanki plan doldurur. Bu bir acı həqiqətdir, əzizlərim!..
Mən misal üçün Vaqif Yusiflinin adını çəkdim. Bu ədəbi camiədə o qədər “Vaqif Yusifli xətti”ndə olanlar var ki!..
İNDİ İSƏ gəlim deyəcəyim fikrin məğzinə...
Demək, mənim ƏDƏBİ YAZILARıma, FİKİRLƏRimə (guya!) cavab olaraq bəzən mətbu orqanlarda dərc olunan bayağı, məişət təsəvvürü ilə “yoğrulan” sicilləmə “boz yazılar”la qarşılaşıram. Əksəriyyətinin də müəllifi (əslində isə “müəllifi”!) alim adı altında son dərəcə bəsit düşüncə mahiyyətindən çıxış edənlərdi. TƏBİİ Kİ, o kimi qeyri – ciddi “yazılar” mənə heç vaxt cavab olmayıb, ola da bilməz! Olsa, olsa mətbuatın və müəllifin fiaskosu ola bilər. Necə ki, olur da!
BU MƏQAMDA XÜSUSƏN QEYD EDİM Kİ, bir məsələ də var ki, kortəbii düşüncə tərzinin məhsulu olan o kimi “yazılara” sığınan, kürək söykəyən, HƏTTA(!) o “yazıların” pəncərəsindən boylanıb, baxan şəxslər də az deyil. MƏSƏLƏN, Sabir Rüstəmxanlı kimi... Adamın “boz poeziya”sı ilə bağlı o gün HƏQİQƏTLƏRi yazmışam... Və adam gedib bir alimin (əslində isə aləmsizin!) bir bayağı “yazısına” söykənməklə (o “yazını” təqdim etməklə) mənə cavab verməyə cəhd edir. Təbii ki, sadəcə cəhd edir. Az öncə də vurğuladım, o kimi “yazılar” mənə heç vaxt cavab ola bilməz!.. VƏ BU DƏFƏ Sabir Rüstəmxanlı bu “addımı” ilə özünün bir ayrı uğursuzluğunu ortaya qoymuş olur.
Qoy Sabir Rüstəmxanlı unutmasın! Unutmasın ki, mənim ƏDƏBİ YAZILARımın MAHİYYƏTinə “yazısına” üz tutduğu o kimi kütlə təfəkkürlü “müəlliflər”, şəxslər çata bilməz. Məhz idraki gücsüzlükdən çata bilməz!..
... KÜTLƏVİLİKDƏN (kütlə təfəkküründən çıxış etməkdən!), populistlikdən çalışıb qurtulun, Sabir Rüstəmxanlı. Elə siz də qurtulun, o kimi "müəlliflər" də qurtulsun. Əgər qurtula bilirsinizsə!..
ƏDƏBİYYAT, SƏNƏT bir ayrı ilahi NƏSNƏdir...
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























