Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Süni intellekt onları işsiz qoyacaq - Qorxmaq lazım deyil

Tarix: 18-11-2025 09:19     Baxış: 322 A- / A+
Süni intellekt onları işsiz qoyacaq - Qorxmaq lazım deyilSüni intellektin televiziya yayımında iştirakı artıq Qərbi Avropa və ABŞ-da müxtəlif funksiyaları yerinə yetirir. Məsələn, radioda DJ-lik edir, televiziya xəbərlərində kamera arxasında fəaliyyət göstərir və proqramlaşdırılır. Yəni süni intellektin inkişafı mövcuddur.
Manevr.az-ın xəbərinə görə, bu sözləriaxar.az-a açıqlamasında media eksperti Qulu Məhərrəmli süni intellektin televiziya yayımında iştirakı barədə şərh edərkən deyib.
“Azərbaycanda süni intellektin televiziyada tətbiqi texnoloji baxımdan ciddi yenilikdir.
Süni intellektin aparıcılığına isə təhlükəli bir hadisə kimi baxmağa dəyməz, çünki bu dünya təcrübəsində mövcuddur və biz də onu tətbiq edirik. Süni intellektin jurnalistikada iştirakı digər sahələrdə olduğu kimi labüddür, vacibdir və təbii qarşılanmalıdır. Süni intellekt yardımçı vasitədir, onu insan idarə edir və ondan qorxmaq lazım deyil. İşsizlik problemi həmişə mövcud olub və olacaq, amma tutaq ki, televiziyada xəbər oxumaq və radioda DJ-lik kimi təcrübələr özünü doğruldarsa, həmin televiziya və ya radio müəyyən dərəcədə vəsaitə qənaət etmiş olar”, - o qeyd edib.
Ekspertin sözlərinə görə, geniş mənada süni intellektin bu sahədə tətbiqi vacibdir və praktikada özünü göstərir.

“Məsələn, 2025-ci ilin ilk 10 ayında bütün dünyada hazırlanan informasiyaların təxminən 12%-ni süni intellekt hazırlayıb. Bu, yeni tətbiqlərin ciddi və əhəmiyyətli göstəricisidir. Buna həyatın və texnologiyanın xüsusi mərhələsi kimi baxmaq lazımdır. Qorxmağa səbəb yoxdur, çünki süni intellekti məhz insan şüuru idarə edir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar