"Rusiyada NATO ilə qarşıdurmanın tərəfdarları yoxdur".
Manevr.az apa-ya istinadla xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Almaniya müdafiə naziri Boris Pistoriusun NATO ilə Rusiya arasında müharibənin 2028-ci ildə başlaya biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu cür militarist və müharibə tərəfdarı ritorika Avropa paytaxtlarından getdikcə daha çox eşidilir.
"Rusiyada NATO ilə qarşıdurmanın tərəfdarları yoxdur. Lakin biz məcburuq və qanuni maraqlarımızı təmin etmək üçün tədbirlər görməliyik. Bu, NATO ölkələrinin militarist ritorikasında fikir ayrılıqları ilə bağlıdır. Bu cür açıqlamalar vəziyyəti ən yaxşı şəkildə əks etdirir", - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Almaniyanın müdafiə naziri Boris Pistorius NATO ilə Rusiya arasında müharibənin 2029-cu ilə qədər başlaya biləcəyini açıqlayıb. Onun sözlərinə görə, əvvəlcə silahlı münaqişənin 2029-cu ildə başlaması gözlənilirdi, lakin indi bəzi hərbi ekspertlər bunun 2028-ci ildə baş verə biləcəyinə inanırlar.
Xəbər lenti
Peskov: Rusiyada NATO ilə qarşıdurmanın tərəfdarları yoxdur

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























