Sizin Reklam Burada
Xəbər lenti
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

"Faciə ondadır ki, 87 yaşlı Anar əlil arabasında Yazıçılar Birliyinin sədri kimi əyləşib"

Tarix: 17-11-2025 15:14     Baxış: 21 057 A- / A+


Sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təkərli oturacaqda çəkilmiş fotosu yayılıb. Üzərində “klinika” yazılmış arabada əyləşən 87 yaşlı yazıçının bu görüntüsü onun səhhətində ciddi problemlərin olmasına dair müzakirələri yenidən gücləndirib.
Müzakirə olunan daha bir məsələ isə yazıçı Anarın yaşı və səhhəti deyil, bu durumuna rəğmən Yazıçılar Birliyi sədrliyindən istefa verməməsidir. 87 yaşlı yazıçının israrla vəzifədə qalma istəyi tənqid hədəfinə çevrilib. 

Manevr.az bildirir ki, AYB-nin üzvü, şair-publisist Emil Rasimoğlu bu barədə Sitat.info-ya açıqlama verərək qeyd edib ki, Anarın 87 yaşında o əlil arabasıda Yazıçılar Birliyinin sədri kimi əyləşməsi faciədir: "Öncə Anara şəfa diləyib, can rahatlığı arzulayıram. Məlum fotoya gəldikdə isə, bilirsiniz, bu gün Anar yaşının elə bir çağında, dönəmindədir ki, onun xəstələnməsi də, hətta əlil arabasında əyləşməsi də ağrılı ola bilər, amma təbiət baxımındam faciə ola bilməz. Anarın faciəsi bu deyil ki...
Faciə oradadır ki, Anar bu yaşa Yazıçılar Birliyinin sədri kimi gəlib, faciə oradadır ki, 87 yaşlı Anar o əlil arabasında Yazıçılar Birliyinin sədri kimi əyləşib, əyləşir... Faciə oradadır ki, Anar bu yaşda gələcəklə, gəncliklə döyüşür. Baxın, bu artıq Anarın düşüncə tərzinin, bu istiqamətdəki təfəkkür mahiyyətinin diktatorluğu, kürsü hərisliyi, özündən sonrakı gələcəyi tanımaq istəməmək prinsipi və bunların fonundakı amansız faciəsidi. Budur Anarın əsl faciəsi, acınacaqlı durumu... Anar öz düşüncələrinin amansız məngənəsindən xilas ola bilmədi. Heç deyəsən, xilas olmaq da istəmir...".
Aytac

 






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar