Sizin Reklam Burada
Xəbər lenti
18-11-2025
17-11-2025
BÜTÜN XƏBƏRLƏR

Acizanəlik portretindəki əliqələmlilər...

Tarix: 18-11-2025 22:15     Baxış: 454 A- / A+
Emil Rasimoğlu
şair-publisist



Bu ədəbi cameə mənsublarının əksəriyyəti sanki and içib ki(!), hər gün bitib - tükənməyən “yolsuzluq mənzərələri” ilə qarşımıza çıxacaqlar...

DEMƏK, Qəşəm Nəcəfzadənin moderatorluğu... VƏ ədəbiyyatşünas - tənqidçi kimi təqdim edilən iki şəxsin (Cavanşir Yusifli və Mətanət Vahidin!) iştirakı ilə HAZIRKI ÇAĞIMIZDAKI ədəbiyyatşünaslığın, ədəbi tənqidin, təhlilin ümumi durumu ilə bağlı aparılan müzakirəni seyr edirəm... Sözün mənfi mənasında heyrətlənməmək mümkün deyil!

TƏSƏVVÜR EDİRSİNİZMİ?.. Adamlar çağdaş ədəbiyyatşünaslığın, ədəbi tənqidin, təhlilin fiaskosunun arxasındakı konkret mövcud HƏQİQƏTLƏRi ifadə (həm də etiraf!) etmək GÜCünü özlərində tapmamağın ucbatından(!) NECƏ DEYƏRLƏR, iradəsizliyin, mətləbdən kənar gətirdiyi (və qeyri - ciddi konservatizmlikdən doğan) “rəngbərəng arqumentlər”in, ibtidai emosiyaların... əlində bir efir boyu eləcə girinc - giriftar qalır; diksinirlər, təngiyirlər... bilmirlər, başlarını götürüb hansı tərəfə “qaçsınlar” (Kİ, HƏQİQƏTLƏRi “ört - basdır” edə bilsinlər!)... HƏTTA(!) az qalır ki, bir - birinə anidən “bozarıb”, dalaşsınlar da!..

Efirin ortasında hətta(!) tənqidçi missiyasından imtina da edən tapılır. Təbii ki(!), bu “addım” da xilas yolu olmur... ola da bilməz!.. VƏ BELƏCƏ, bu minvalla həmin bu şəxslər AXIR Kİ amansız acizanəliyin portretini “yaradırlar”. Amma və lakin(!) bircə o ACI HƏQİQƏTLƏRə gələ bilmirlər ki, gələ bilmirlər!..

GƏLƏ BİLMİRLƏR Kİ... KONKRET OLARAQ DESİNLƏR Kİ (bir dəfə də yazmışdım!) bu gün müasir dövr ədəbiyyatşünaslığının ümumi durumu, belə demək mümkündüsə, “qanqren” vəziyyəti Rüstəm Kamalların, Əsəd Cahangirlərin, Vaqif Yusiflilərin, Tehran Əlişanoğluların, Elnarə Akimovaların... SƏNƏTin “mutasiyaya” uğramış (uğradılmış!) halına söykənən,.. tərkibcə ədəbi düşüncə tərzinin ibtidai mərhələsini tərk etməyən,.. gerçək ədəbi meyarların inkarından və irrasionalizmdən yoğrulan... TRAFARET YAZILARından açıq – aydın şəkildə bəllidir.

Bu məqamda xüsusilə qeyd etməliyəm ki, ədəbiyyatşünaslığın deqradasiyasının təməlində dayanan həmin “yazıların” yaranmasına zaman – zaman (“yazı” sahiblərinə görə dəyişən) bir neçə amil səbəb olub... səbəb olur:

BİRİNCİSİ, 
Təfəkkür olaraq kütləviləşmiş qatı aşa bilməyib, məişət təsəvvür mexanizmindən, ədəbi məsələlərə kütlə psixologiyası ilə yanaşma “vərdişindən”, tərzindən qopa bilməmək... və nəticədə isə gerçək ədəbi mahiyyətdən, ədəbi meyarlardan uzaqda qalmaq AMİLİ. 
(Misal üçün, bu AMİL əsasında “formalaşan” kateqoriyaya “Vaqif Yusifli xətti”ndə olanları aid etmək olar.)

İKİNCİSİ,
Öz fundamental idraki potensialını müəyyən “maraqlar”ın xroniki əsirinə çevirib, ədəbi prinsiplərə xəyanət etmək AMİLİ.

ÜÇÜNCÜSÜ isə
Sənət meyarlarını bir kənara qoyub, yanaşdığı bədii məhsulun müəllifi qarşısında psixoloji itaətkarlıq sindiromu yaşamaq və o itaətkarlıq sindiromundan doğan “ədəbi fanatizmlik” göstərmək AMİLİ.

MƏHZ BU MƏQAMDA fikirlərimi bir az da konkretləşdirim...

Məsələn, az öncə adını çəkdiyim Rüstəm Kamal kifayət qədər ədəbiyyata, MƏTN həqiqətlərinə, YARADICI XƏTTə bələd olan imzadı. Amma və lakin(!) öz xaraktersizliyi ucbatından(!) illərdi ki, qələmi “maraqların çarxında və çarmıxında” əsrlikdədir, necə deyərlər “can verir”...

... VƏ YAXUD DA(!) hamımızın yaxşı tanıdığı Tehran Əlişanoğlu. Adam mətnin emal və enerji mərhələsini müşahidə edib, çözə bilən, o istiqamətdə mülahizə yürütməyi bacaran şəxsdir. Amma və lakin(!) qələmi bir çox məqamlarda “ədəbi fanatizmlik”də sürgündədir, prinsipləri öz təzim psixologiyasının yaratdığı “Damokl qılıncı”nın altında çarmıxa çəkilir, bu gün o, özünün “ədəbi intihar”ına müəlliflik edir...

... EYNİ ZAMANDA Elnarə Akimovaların qələmində isə bütün bunların (“maraqlara” xidmət, “ədəbi fanatizmlik” və.s) hamısı yer alır. Həm də birmənalı şəkildə!..

... İNDİ SÖZÜMÜM CANI BUDUR Kİ, ay gözəlim məmləkətin ədəbiyyat yolçuları, danışa bilirsinizsə bu ƏDƏBİ FAKTLARın (GERÇƏKLİKLƏRin) mahiyyəti üzrə elə bu şəkildə danışıb, çıxış edin.

YOXSA Kİ, acizanəlik portreti “yaratmağınız” kimə VƏ YA nəyə gərəkdir ki?!

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar