Sizin Reklam Burada
Xəbər lenti
18-11-2025
17-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda NATO kursu keçirilir

Tarix: 18-11-2025 12:17     Baxış: 22 A- / A+


Bakıda NATO kursu keçirilir
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, ölkəmizdə səfərdə olan Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Təcrübələrin öyrənilməsi” mövzusunda kurs keçirilir.
Manevr.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Kursun açılışında çıxış edən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev qonaqları və iştirakçıları salamlayaraq Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb, hərbi qulluqçularımızın son illərdə qazandıqları təcrübələri xidməti fəaliyyətlərində uğurla tətbiq etdiklərini xüsusi qeyd edib.
Daha sonra təlimçilər tərəfindən dinləyicilərə NATO haqqında ümumi məlumat verilib. Həmçinin NATO-nun ştat strukturu, keçirilən təlimlərdə və əməliyyatlarda qazanılan təcrübələr ilə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunub.
Qeyd edək ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən beynəlxalq tədbirdə NATO-da əməliyyat planlama və idarəetmə, eləcə də digər mövzularda nəzəri və praktiki məşğələlər təşkil olunacaq.
Foto
Bakıda NATO kursu keçirilirBakıda NATO kursu keçirilir






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar