Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda saytlara girişdə problem yarandı

Tarix: 18-11-2025 16:21     Baxış: 3115 A- / A+

Azərbaycanda saytlara girişdə PROBLEM YARANDI

Azərbaycanda bir sıra xəbər portallarına daxil olmaqda çətinliklər qeydə alınıb.
Manevr.az-ın məlumatına görə, artıq bir neçə dəqiqədir ki, müxtəlif media resurslarına giriş ya mümkün olmur, ya da səhifələr çox gec yüklənir.
Problemin genişmiqyaslı olduğu bildirilir. İstifadəçilər həm kompüterdən, həm də mobil cihazlardan daxil olarkən "Cloudflare" Error tipli bildirişlər alır. Bu cür xətalar adətən saytların təhlükəsizlik və iş yükünü idarə edən beynəlxalq "Cloudflare" xidmətində yaranan texniki nasazlıqlarla bağlı olur.
"Cloudflare" artıq məsələni təsdiqləyib və rəsmi açıqlamasında bildirilib: “Cloudflare" bir neçə müştəriyə təsir edən texniki problemi araşdırır. Daha ətraflı məlumat əldə olunduqca paylaşılacaq.”
Hazırda xidmətin şəbəkə infrastrukturu üzrə qlobal miqyaslı nasazlıq ehtimalı istisna olunmur. Problemlər bəzi saytlara tam girişin mümkünsüzlüyü, bəzilərində isə səhifələrin yüklənmə sürətinin kəskin aşağı düşməsi ilə müşahidə olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar