Manevr.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampla görüşündən sonra Salman bildirib ki, Səudiyyə Ərəbistanının ABŞ-a hazırkı 600 milyard dollarlıq sərmayəsi 1 trilyon dollara qədər artırıla bilər.
Oval kabinetdə Trampla yanaşı verdiyi açıqlamada vəliəhd imzaladıqları müqavilələrin texnologiya, süni intellekt, materiallar, maqnitlər və bir çox başqa sahələrdə çoxsaylı investisiya imkanları yaradacağını qeyd edib.
.jpg)
Ağ Evin məlumatına görə, Tramp Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satılmasına və təxminən 300 tankın təhvil verilməsinə razılıq verib. Bu, ABŞ-nin İsrail istisna olmaqla, bölgədə ilk dəfə F-35 satışı olacaq. Bundan əlavə, Vaşinqton və Riyad arasında mülki nüvə əməkdaşlığı haqqında birgə bəyanat imzalanıb. Saziş ABŞ nüvə texnologiyasının Səudiyyə Ərəbistanına açılmasını nəzərdə tutur, lakin əməkdaşlığın "nüvə silahlarının yayılmaması standartlarına tam uyğun" şəkildə aparılacağı vurğulanır.
.jpg)
Bin Salman qeyd edib ki, sazişlər Səudiyyə Ərəbistanında da əhəmiyyətli əmək imkanları yaradacaq. O, həmçinin yaxın bir neçə onillikdə ABŞ ilə münasibətlərin daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.milli.az


































