Manevr.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Qeyd edilir ki, bu plan Donbasda Ukraynanın güzəştə gedəcəyi ərazilərin demilitarizasiya olunmuş zona kimi qəbul edilməsini nəzərdə tutur.
“Həmin ərazilər Rusiyanın nəzarətində olsa da, Ukraynanın güzəştə gedəcəyi Donbas bölgələri demilitarizasiya zonası sayılacaq və Rusiya orada hərbi qüvvə yerləşdirə bilməyəcək”, - portal vurğulayır.


































