Sizin Reklam Burada
Xəbər lenti
01-01-2026
31-12-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda əkizlərdən biri evdə, digəri xəstəxanada doğuldu

Tarix: 01-01-2026 22:47     Baxış: 320 A- / A+
1 yanvar tarixində Nizami rayonu ərazisində çağırışa gedən təcili tibbi yardım briqadası ev şəraitində doğuş prosesini həyata keçirib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, çağırış ünvanında təcili tibbi yardım briqadası tərəfindən 37 həftəlik əkiz hamiləliyi olan qadının doğuş prosesi idarə olunub. Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra proses təcili tibbi yardım avtomobilində nəzarət altında davam etdirilib.

Briqada tərəfindən ana və yenidoğulmuş körpəyə (oğlan) zəruri ilkin tibbi yardım göstərildikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə olunub. Digər körpənin sağrı gəlişi müşahidə edildiyindən doğuş prosesi tibb müəssisəsində davam etdirilib və ikinci körpə qız dünyaya gəlib.

Yenidoğulmuş oğlan körpənin çəkisi 2 kq 450 qram, boyu 54 sm-dir. Ana və hər iki körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilir. azxeber.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar