Sizin Reklam Burada
Xəbər lenti
31-12-2025
BÜTÜN XƏBƏRLƏR

Xaricdən 1 ədəddən artıq telefon gətirənlər 100 manat rüsum ödəyəcəklər

Tarix: 01-01-2026 11:24     Baxış: 321 A- / A+
Xaricdən 1 ədəddən artıq telefon gətirənlər 100 manat rüsum ödəyəcəklərBu gündən Azərbaycana idxal olunan mobil cihazlar aksizli malların siyahısına əlavə olunmaqla aksizə cəlb ediləcək.
Manevr.az-ın məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, mobil cihazlar aksizli malların siyahısına əlavə olunub və hər ədədinə görə 20 manat məbləğində aksiz vergisi müəyyən edilib, eyni zamanda fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün gömrük ödənişlərindən azad olunmaqla təqvim ili ərzində bir ədəd mobil cihaz gətiriləcək.
"Dövlət rüsumu haqqında" Qanunda təklif olunan dəyişikliyə əsasən isə, fiziki şəxs tərəfindən təqvim ili ərzində ölkəyə gətirilən bir ədəddən artıq istənilən mobil cihaza görə 100 manat məbləğində (hər biri üçün) dövlət rüsumu müəyyən ediləcək.
Bu halda fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumları (mobil cihazın dəyərinə əsasən müəyyən olunan dövlət rüsumları) tətbiq olunacaq.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar