Sizin Reklam Burada
Xəbər lenti
27-12-2025
BÜTÜN XƏBƏRLƏR

Milli Qəhrəman vəfat etdi - Foto

Tarix: 29-12-2025 18:20     Baxış: 319 A- / A+


Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şahin Tağıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Manevr.az musavat.com-a istinadla xəbər verir ki, Ş.Tağıyev son illər İsveçin Malmö şəhərində yaşayırdı.
Yaxınlarının verdiyi məlumata görə, onun nəşi İsveçin Malmö şəhərindən Bakıya gətiriləcək.
Bunun üçün Azərbaycanın İsveçdəki səfirliyinə rəsmi müraciət olunub və müvafiq prosedurlar artıq başlanıb. İsveç qanunvericiliyinin tələblərinə uyğun olaraq, bu proses təxminən 10 gün ərzində tamamlanacaq.
Qeyd edək ki, Şahin Tağıyev 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. 1991-ci ildə könüllü olaraq Birinci Qarabağ müharibəsinə gedib, leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə atılıb.
1992-ci ildə həmin bölüyün bazasında yaradılan "Qurtuluş" batalyonunun komandiri olub. Özü və rəhbərlik etdiyi batalyon bir sıra döyüşlərdə, o cümlədən Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib.
Tərtər, Seysulan, Yarımca, Göyarx döyüşlərində iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb.
O, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülən ilk 4 nəfərdən biridir.
Şahin Tağıyev həyatda olan 16 Milli Qəhrəmandan biri idi.
Azərbaycanda sonuncu dəfə Milli Qəhrəman adı Prezidentin 9 noyabr 2020-ci il tarixli sərəncamı ilə ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə üç nəfərə verilib. Bunlar general-mayor Polad Həşimov (ölümündən sonra), polkovnik İlqar Mirzəyev (ölümündən sonra) və ehtiyatda olan baş çavuş İbad Hüseynovdur.
Əlavə edək ki, Ş.Tağıyev ötən il infarkt keçirmişdi.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar