Manevr.az-ın apa-ya istinadla məlumatına görə, Şəkinin Baş Göyünk kənd sakini, 1999-cu il təvəllüdlü Nöbərov Valeh Mustafa oğlu dekabrın 23-də günorta saatlarından etibarən itkin düşüb.
Bu barədə V. Nöbərovun yaxınları məlumat verib.nnn

Bildirilib ki, Valeh Nöbərovu görən şəxslərdən 070 531 55 47 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı ərazi üzrə polis orqanına məlumat daxil olub.
Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.


































