Sizin Reklam Burada
Xəbər lenti
27-12-2025
25-12-2025
BÜTÜN XƏBƏRLƏR

Ancaq ayrılığa yovuşmaq olmur - Yusif Nəğməkar dünyası...

Tarix: 27-12-2025 20:17     Baxış: 398 A- / A+
Uşaqlıqdan dilimizin zümzüməsinə çevrilən mahnıların müəllifli Yisif Nəğməkar...Yazıya başlar başlamaz bu cümlə ağlıma gəldi.
Azərbaycan qrammatikasında neologizm elminin bariz nümayəndəsi Yusif Nəğməkar...
Yaşanan hissləri fərqli sözlərlə dilimizdə  zənginləşdirən Adam!
Həsrət gərəklidir
Aşıqlər üçün,
Ancaq ayrılğa yovuşmaq olmur...
Bitir qovuşanda həsrət , 
bəs neçin
Həsrət də bitəndə qovuşmaq olmur.
Yusif Nəğməkar yaradıcılığında sözün mahiyyəti –“ iç üzü”təzadlı misralarda açılır, tökülür...
Məhz onda dərk olunur.
Bir də şairin  oxucu tərəfindən “dərk olunması” məsələsi var.
Bunun üçün oxucu da bir az “sanballı” olmalıdı.
 O  mənada ki, sufizmin işartıları, Tanrısal ruhun enerjisi, səmimi poeziya, ədəbi gerçəklik hopmuş seirlər hər “oxucu” üçün də deyil...
Bu mənada Yusif Nəğməkar ona görə xoşbəxt insandı ki, bu yaxınlarda keçirilən 70 illlik hesabat törənində sözün əsl mənasında “iynə atsan, yerə düşməzdi”...

Demə səni sevib səhv eləmişəm,
Sindirdığın bu qəlb – daş səbiristan...
Səni gözlərimdə dəfn eləmişəm, 
O da tək məzarlıq bir qəbiristan...
Səbiristan ...

Gözəl söz deyilmi? Amma o gecədə nə qədər insan səbrlə, sevgilə Yusif Nəğməkar yaradııcılığına heyran oldular.
Sonadək bu söz  dünyasında olmaq istədilər...
Ruhi, mənəvi rahatlıq tapdılar...

Duruldular. Saflaşdılar,  aydınlandılar...
Yusif Nəğməkarın bir sirli şeiri var: 
Eşqim Fərhad eşqi, susub – kirimiş – 
Məəttəl qalmışam mübhəm ağaha ...
Bu acı həsrətin o Şirin imiş: 
Məni şirinimdən ayırma daha...
Mübhəm ağah...Dilimizdə yeni söz birləşməsi...
Agah etmək, agah olmaq- daxilindəki  gizliliyi üzə çıxarmaq, mübhəmliliyin işartılarını özündə saxlamaq deməkdi. Yusif Nəğməkar  sözün ən dərin qatını duyur, onun enerjisi üzə çıxardır, sözün yaxşı mənada “canını alır” 
Söz at oynada bilmir, Yusif Nəğməkar  sözün üzəngisindən tutub gedir onun yeddi qatına- əsl kökünə...
Sanki söz quyudadı, onu tapır...

Söz mahnıdı, onu Yusif Nəğməkar öz yaradıcılığında istifadə etməyənə qədər hiss etmək olmur...
Sözün mahnısını özü bəstələyir...
Dən-dən düşünürəm hey;
Misralar üyüm-üyüm 
Bir tərif var, bir giley...
Sənə nə tapıb deyim...
Bir bəndlik şeir necə gözəl estetika ilə düzülmüş yan-yana...
Yusif Nəğməkar yaradıcılığında fikir yeni “söz” donu geyir. Bu don zərif tüllərlə tikilmiş bir libasa bənzəyir. Dən-dən düşünmək ifadəsi Azərbyacan ədəbiyyatında tapıntıdır. Həm də sözün ehtiva verdiyi hisslər, duygular var...
Söz söz kimi qalmır, gözünün qabağında sanki dəyirmanda bugda dənləri özlərinə məxsus nazlı-nazlı uçur, havalı ədası ilə diqqət çəkir, insanı bu bəndə kilidləyir. 
Yusif Nəğməkar yaradıcılığı həm də insan psixologiyasını hamarlayır, sakitləşdirir.
Sakit ortam bərqərar olandan sonra səni düşündürür. Bu həm də bir psixoji, tibbi prosesdi. 
Və 
Misralar üyüm-üyüm...
Heç bu misranı analiz etməyə də ehtiyac yoxdu...

Cana elə hopur, insan rahat hulqum kimi həzm edir,ruhu dərin səssizliyə gedir...
Üyüm- üyüm üyünür insan özündə...
Təmizlənir...

Soyuq din, qulağım heç nə eşitməz, 
Bir isti pıçıltın nəsə andırar...
Sənin hərarətin məni üşütməz, 
Mənim soyuqluğum səni yandırar...
Bu bəndə fikir versək, “soyuqda isti, istidə soyuq var” ifadəsi, həm də elmi cəhətdən izahı olan məqamlar var.
Belə ki, uzun müdddət buzu, qarı əlin içində saxladıqda, zamanla adamın əli istiləşməyə başlayır.
Bu həm də bənddəki fikirlərin fizika qanunlara tabe olmasıdır.
Mənim soyuqluğum səni yandırar...
Poeziyanın “savadlı” elmi olması Yusif Nəğməkarın ustalığıdı...

Bir də ustalıq dedim, ustadlıq yadıma düşdü. 
Bir insanın ki, qanında, iliyində saz ruhu var....
Bu başqa məqam...
Bu sufi məqam...
Bu göy adamı, yer Adamı demək...
Bu fövqəlbəşər adam demək....
Yusif Nəğməkar sazı köksünə sıxanda insan başqa aləmə düşür. 
Adamın qulağını  uzaqlardan gələn şaman səsi, qopuz səsi cingildədir. 
Aşıq Ələsgər ruhu gəlir durur gözlərimizin qarşısında ...

Bu yaxınlarda Yusif Nəğməkarın aşıq Ələsgərə həsr etdiyi “Ələsgər zirvəsi” adlı kitabı Azərbaycan ədəbiyyatı tarixində nadir incilər sirasındadır. 
Yusif Nəğməkarın bir şair kimi aşıq sənətini, folkloru dərin bilməyinin nəticəsidir ki, o Dədə Ələsgərə həsr etdiyi poemada Ələsəgər dünyasının incəliklərini, onun mahiyyətini öz fikirləri ilə oxucuya çatdırır, Ələsgər yaradıcılığına oxucuda yeni fikir formalaşdırır. 
Yusif Nəğməkar yaradıcılığı kutsaldır, doğaldır, səmimidir...
Yusif Nəğməkar saz çalanda atlar kişnəşir, Cıdır düzü at nalından qopan səs küylə yanaşı, vətən torpağının ətrinə bələnir. 
Adam o qoxunu hiss edir...
Yusif Nəğməkar poeziyası təhlil olunası, araşdırılmağa, kəşf olunmağa ehtiyacı olan bir dünyadır. 
Bu dünya Dünya durduqca var olacaq!














Ayna Məmmədova,
müəllim

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar