Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ƏT UCUZLAŞACAQ

Tarix: 30-05-2026 21:12     Baxış: 418 A- / A+
Azərbaycanda ƏT UCUZLAŞACAQ
Qurban bayramı ilə əlaqədar ölkədə dana və quzu ətinin qiymətində artım qeydə alınıb.

Ötən iki gündə Bakıda dana əti 17-18, quzu əti isə 22-23 manata satılıb.

Rayonlarda isə bu qiymət müvafiq olaraq 16-17, 20-21 manat arasında dəyişib.

Bakının Zabrat kəndində iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsimi ilə məşğul olan Elxan adlı şəxs saytımıza açıqlamasında qiymət artımının müvəqqəti xarakter daşıdığını bildirib.

Onun sözlərinə görə, Məhərrəm ayının başlaması ilə qiymətlər yenidən sabitləşəcək.

"İyunun 16-da Məhərrəm ayı başlayır. Təxminən iki ay Bakıda toy və nişan məclisləri keçirilməyəcək. Bu zaman qirmızı ətə olan tələbat kəskin aşağı düşəcək. İyunun 16-dan etibarən dana ətinin qiyməti 1, quzu ətinin qiyməti isə ən azı 2 manat ucuzlaşacaq", - deyə qeyd edib. metbuat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar