Xəbər lenti
Uşaqlarda öyrənmə çətinliyi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Sona Əliyeva Manevr.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, belə hallar uşaqlarda dərslərini öyrənməkdə, hərfləri düzgün yaza biləməməkdə, həriflərin istiqamətini dəyişməkdə, rəqəmləri qarışdırmaqda və s. ilə müşahidə oluna bilər: "Təəssüf ki, bəzən valideynlər öyrənmə çətinliyini zəka geriliyi və yaddaşsızlıqla əlaqələndirirlər. Əslində isə belə deyil”.
Psixoloqun dediyinə görə, disleksiya diaqnozu 7 yaşdan sonra qoyulur. Həmin vaxt mütləq psixoloqun də dəstəyi lazımdır. Sona Əliyeva bildirib ki, disleksiyanın beş sahədə pozuntusu olur və onları da təyin etmək vacibdir: "Elə uşaqlar olur ki, onlarda yazmaq və oxumaqda pozuntu olur, elə uşaqlar olur ki, onlar yazmaq və oxumaqla yanaşı, həm də tələffüzdə çətinliklə üzləşirlər. Ona görə də pozuntu olan sahələri müəyyənləşdirib onları qaydaya salmaq lazımdır. Onu da qeyd edim ki, disleksiyadan əziyyət çəkən uşaqların problemlərini vaxtında müəyyən edib peşəkar dəstək alandan sonra gələcəkdə onlar yaşıdlarından geri qalmırlar. Lakin həmin problem gec yaşlarda, məsələn, 15 yaşda aşkarlanırsa disleksiya istər onun psixi inkişafına, istərsə də, sosial inkişafına mənfi təsir göstərir. Belə olanda uşaq dərs proqramında geri qalır, öyrənə bilmir, yaşıdları ilə müqayisədə mühakimə bacarığı da zəif olduğu üçün gec cavab almaq, gec nəticə almaq kimi problemlər yaranır. Həmin problemlə üzləşən uşaqlarda səbəb-nəticə çıxarmaq, yaşıdlarına nisbətən analiz etmək bacarığı gec olduğu üçün verilən suala gec də cavab verirlər. Ona görə də disleksiyalı uşaqlarla ünsiyyət zamanı girərkən səbirli olmaq lazmdır. Nəzərə almaq lazımdır ki, onların beyninin işləmə sürəti yaşıdlarından daha zəifdir. Psixi inkişafında ləngimə və s. hallar yoxdursa, disleksiyalı uşaqlarda hansısa zehni gerilik nəzərə çarpmır. Onların intellek göstəriciləri normal zəka sahiblərindən daha üstün olur. Əgər disleksiyalı uşaq psixoloq dəstəyi almazsa, zaman keçdikcə, yaşı artdıqca intellektində zəifliklər özünü göstərə bilər. Doğrudur, bunlar kəmağıllılıq, əqli gerilik səviyyəsində deyil, özünü donuq zəka kimi biruzə verə bilər. Bundan başqa, disleksiyalı uşaqlar incəsənətə maraqlı və meyillü olurlar. Adətən, onlarda rəsm, musiqi və yardıcılıq bacarıqları müşahidə olunur. Disleksiyadan əziyyət çəkən uşaqların valideynləri övladından çox yüksək nəticələr tələb etməməli və ona səbrlə yanaşmalıdırlar. Əksinə olduqda isə bu hal uşağın özünə inam hissinin güvənin zədələnməsinə, utanmasına aparıb çıxarır. Bir daha təkrar edirəm ki, həmin mərhələdə peşəkar psixoloq dəstəyi çox vacibdir. Ehtiyac yaranarsa həmçinin, defektoloq-loqoped dəstəyi də almaq olar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































