Sizin Reklam Burada
Xəbər lenti
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

20 maddəlik sülh planı - Kremlin susqunluğu, yoxsa müharibəyə davam

Tarix: 24-12-2025 20:05     Baxış: 320 A- / A+
20 maddəlik sülh planı - Kremlin susqunluğu, yoxsa müharibəyə davam
Ukrayna Prezidenti Vladimir Zelenski danışqılardan sonra Donald Trampın təklif etdiyi 20 maddəlik sülh planının son versiyasını açıqlayıb.
20 maddəlik planını aşağıdakı kimi təsnifatlaşdırmaq olar: 
Hərbi sahə: Rusiyanın işğal  və hücumu dayandırması, 800 minlik ordu, NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlər, cəbhə xətti boyunca monitorinq və beynəlxalq qüvvələr.
Siyasi sahə: Ukraynanın suverenliyi, ərazi bütövlüyü, Donbas və digər bölgələrdə mövcud cəbhə xəttinin tanınması, gücdən istifadə etməmək.
İqtisadi sahə: Qlobal inkişaf paketi, infrastruktura və resurslara sərmayə, humanitar fondlar, ABŞ ilə azad ticarət.
Humanitar sahə: Məhbus və əsir mübadiləsi, dini və mədəni tolerantlıq.
Hüquqi çərçivə: Saziş hüquqi məcburiyyətlidir, icraya nəzarət üçün ABŞ-dan və beynəlxalq tərəflərdən ibarət sülh şurası.
Plan çox genişdir və həm Ukrayna, həm Rusiya, həm də ABŞ və NATO maraqlarını nəzərə alır. Amma bu genişlik həm də onun icrasını çətinləşdirir. Çünki proseddə çoxlu tərəf və bu səbəbdən də maraqların toqquşması məsələsi var.
Təhlükəsizlik zəmanətləri: NATO-ya üzvlük tələbi yoxdur, amma ABŞ və bir sıra ölkələrin koordinasiyalı hərbi müdaxiləsi nəzərdə tutulur. Bu isə Moskva tərəfindən hələlik qəbul edilməyib.
İcra mexanizmləri: Monitorinq, sülh şurası və beynəlxalq nəzarət mexanizmləri planın bir hissəsi olsa da, bunlar hələ işlək mexanizmə çevrilməyib.
Sülhün mümkünlüyünə gəldikdə isə indiki şəraitdə belə bir razılaşmanın əldə olunması mümkün görünmür. Buna ilk növbədə sülh planındakı müddəlar imkan vermir. Bunu ABŞ, Kiyev və Avropa da yaxşı anlayır.
Ağ Ev də tezliklə sülühn əldə olunmasına artıq inanmır. ABŞ vitse-prezidenti C.D. Vensin Ukrayna üzrə sülh danışıqları ilə bağlı açıqlamaları prosesin yeni mərhələyə keçdiyini göstərsə də, eyni zamanda sülhün hələ də zəmanət altında olmadığını açıq şəkildə ortaya qoyur. Vensin fikrincə, hazırkı “irəliləyiş” klassik mənada razılaşma deyil, tərəflərin reallıqları açıq şəkildə masaya qoymasıdır. Bu mövqe onu göstərir ki, danışıqlar emosional və siyasi ritorika mərhələsindən çıxaraq real güzəştlər və itkilər üzərində qurulan mərhələyə daxil olub. Bu isə həm fürsət, həm də risk deməkdir.
Ağ Ev rəsmisi Vens də sülh mümkünlüyü ilə bağlı qeyri-müəyyən mövqe ortaya qoyub. “Bu gün burada oturub, sülh yolu ilə həll yoluna çatacağımızı qəti şəkildə deməzdim. Düşünürəm ki, bunu etmək şansımız da var, etməmək şansımız da var”,-Vens qeyd edib.
Bu açıqlama Vaşinqtonun mövqeyini aydın göstərir ki, ABŞ prosesi irəli aparır, lakin nəticəyə zəmanət vermir. Bu, həm Rusiyaya, həm də Ukraynaya yönəlmiş siyasi mesajdır. Bununla Ağ Ev məsuliyyəti artıq tərəflərin üzərinə qoyur.
Sülh planında ən kritik məqamlara gəldikdə, bu yendə də ərazi və təhlükəsziliklə bağlı olan məsələlərdir.
Donetsk və digər şərqi bölgələr: Zelenski bəyan edib ki, bu ərazilərin bir hissəsinə nəzarəti saxlayır. Rusiya isə bu bölgələrdə atəşkəs və ərazi güzəştləri tələb edir. Bu, planın ən həssas “kilid nöqtəsidir”.
Ən ciddi problem Donetsk bölgəsi ilə bağlıdır. ABŞ vitse-prezidenti Vensin bu məsələdə dedikləri danışıqların ən həssas nöqtəsini açıq şəkildə ortaya qoyur:
“Ruslar Donetsk üzərində nəzarət istəyirlər, ukraynalılar isə bunu ciddi təhlükəsizlik məsələsi kimi görürlər”.
Bu ziddiyyətin səbəbi də aydındır.  Bu məsələ Rusiya üçün ərazi və nüfuz problemidir, Ukrayna üçün isə gələcək təhlükəsizlik arxitekturası.
Daha diqqətçəkən məqam isə Vensin Ukrayna nümayəndələrinin qapalı müzakirələrdə etirafı ilə bağlı dedikləridir:
“Ukraynalılar özəl şəkildə etiraf edirlər ki, nəticədə Donetsk bölgəsini itirəcəklər… Məsələ bunun nə vaxt baş verəcəyidir-12 ay ərzində, yoxsa daha sonra”.
Reallıq isə ondan ibarətdir ki, plan yalnız bir baza sənədidir. Rusiya ilə razılaşma olmadan sülh mümkün deyil. Kremlin indiki mövqeyi planı qəbul etməyə yaxın görünmür.
Zaman faktoruda burada mühüm amildir. Planın icrası aylar, bəlkə də illər çəkə bilər. Ən həssas mövqe Donetsk və digər şərqi bölgələrdəki hərbi və siyasi güzəştlərdir.
Bütün bunları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, 20 maddəlik plan strateji baza rolunu oynayır.Tərəflərin üzərində işləyə biləcəkləri bir sənəd var.
Sülh tezliklə mümkün deyil. Ərazi ziddiyyətləri və təhlükəsizlik məsələləri hələ də açıqdır.
Planın həyata keçməsi üçünsə Rusiyanın konkret razılıqları, işlək monitorinq və sanksiya mexanizmləri, humanitar və iqtisadi fondların təşkili, Donbas və digər bölgələrdə siyasi kompromis tələb olunur.
ABŞ və digər qlobal aktorlar sülh prosesində vasitəçi və nəzarətçi rolunu oynayacaq, amma nəticəyə zəmanət verə bilməzlər.
Beləliklə, qısamüddətli perspektivdə Rusiya-Ukrayna arasında atəşkəs və hissə-hissə güzəştlər mümkündür.
Orta və uzunmüddətli perspektivdə isə tam sülh üçün diplomatik danışıqlar, beynəlxalq təzyiq və təhlükəsizlik zəmanətləri üzərində ciddi iş tələb olunur.
Yekun olaraq demək olar ki, 20 maddəlik plan sülh üçün baza yaradır, amma Kremllə razılaşma olmadan sülh yaxında mümkün görünmür.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar