Xəbər lenti
Mədə ağrısı ilə xəstəxanaya getdi, tomoqrafiyanı görən həkim dərhal polisə xəbər verdi
Mərakeşdən təxminən 3 min kilometr məsafəni təyyarə ilə qət edərək Türkiyəyə gələn Cüneyt G., iki gün sonra qarın ağrısı şikayəti ilə İstanbulun Fulya səmtində yerləşən özəl xəstəxanaya müraciət edib. Müayinədən sonra şübhəlinin tomoqrafiyası çəkilib.Aparılan müayinə zamanı Cüneyt G.-nin mədə və bağırsaqlarında yad cisimlər aşkar edilib. Bunun üzərinə xəstəxana rəhbərliyi vəziyyətlə bağlı polisə məlumat verib.
Xəbərdarlıq əsasında hərəkətə keçən Beşiktaş Asayiş Büro Amirliyi əməkdaşları həkimlərlə görüş keçirib. Həkimlərin qərarından sonra əməliyyata alınan Cüneyt Ç.-nin bağırsaqlarından ümumi çəkisi 259,7 qram olan 49 ədəd narkotik maddə (esrar macunu) çıxarılıb. Şübhəliyə məxsus bir ədəd mobil telefon da xəstəxana tərəfindən polisə təhvil verilib.
Müalicəsi başa çatdıqdan sonra xəstəxanadan buraxılan Cüneyt Ç. polis tərəfindən saxlanılıb. Polis idarəsində aparılan əməliyyat tədbirlərindən sonra şübhəli məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Cüneyt Ç. "narkotik maddələrin satışı" maddəsi ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Bildirilib ki, Cüneyt G.-nin daha əvvəl polis qeydiyyatında "qəsdən xəsarət yetirmə" və "ehtiyatsızlıqdan xəsarət yetirmə" maddələri üzrə cinayət qeydləri mövcuddur. sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































