Xəbər lenti
Ermənistan Azərbaycan benzinini bu qiymətə satacaq

Manevr.az musavat.com-a istinadla xəbər verir ki, bu barədə “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan istehsalı olan Aİ-95 markalı benzin Ermənistanda bir litr üçün 440 drama (təxminən 1,10 dollar və ya 1,9 manat) təklif olunacaq. Bu isə hazırkı bazar qiymətindən – 520 dramdan (1,30 dollar) – xeyli aşağıdır. Şirkətin artıq təxminən 600 ton benzin aldığı bildirilir.
Erməni KİV-lərinin yazdığına görə, Azərbaycandan Ermənistana Gürcüstan ərazisi tranziti ilə ümumilikdə 1220 ton Aİ-95 benzini göndərilib. Yanacaq Heydər Əliyev adına Bakı NEZ-də istehsal olunub və bu həcmdəki yük 22 dəmir yolu sisterninə bərabərdir.
Azərbaycandan idxal edilən benzin "Ran Oyl" yanacaqdoldurma məntəqələri şəbəkəsi vasitəsilə satışa çıxarılacaq.
Qeyd edək ki, Azərbaycanda Aİ-95 markalı benzinin bir litri hazırda 1,6 manatdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































