Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Ukraynadan qaçan biznesmen bu ölkədə tapıldı - Şəkil

Tarix: 21-12-2025 22:30     Baxış: 335 A- / A+
Ukraynadan qaçan biznesmen bu ölkədə tapıldı - FOTO

Ukraynanın axtarışa verdiyi iş adamı Timur Mindiç İsrail ərazisində ortaya çıxıb.


Bu barədə "Ukrainska Pravda" nəşrinin İsraildə olan müxbiri məlumat yayıb. Bildirilib ki, jurnalistlər Mindiçin ölkə xaricində olduğunu faktlarla təsdiqləyə biliblər və onun İsraildə olduğu anı fotoşəkillərlə sənədləşdiriblər.

Xatırladaq ki, noyabrın 10-da Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) Timur Mindiçin, eləcə də həmin vaxt ədliyyə naziri postunu tutan Herman Qaluşenkonun ünvanlarında axtarışlar aparıb. Lakin Mindiç istintaq hərəkətlərinə bir neçə saat qalmış Ukrayna ərazisini tərk edib. Elə həmin gün NABU energetika sektorunda genişmiqyaslı korrupsiya sxeminin ifşa edildiyini açıqlayıb və istintaq materialları çərçivəsində telefon danışıqlarının audioyazılarını yayıb.

Noyabrın 11-də jurnalist araşdırmaları nəticəsində Enerqoatom ətrafında aparılan korrupsiya işi üzrə bütün şübhəlilərin kimliyi müəyyənləşdirilib. “Sxemlər” layihəsinin məlumatına görə, şübhəlilər arasında Timur Mindiç, energetika nazirinin keçmiş müşaviri İqor Mironyuk, “Enerqoatom”un təhlükəsizlik üzrə icraçı direktoru Dmitri Basov, eləcə də Aleksandr Tsukerman, İqor Fursenko, Lesya Ustimenko və Lyudmila Zorina yer alıb.

İstintaq çərçivəsində beş nəfər saxlanılıb, Mindiç və Tsukerman isə ölkədən çıxmağa nail olub. Digər şübhəlilər barəsində girov qarşılığında azadlıqda qalma tədbiri seçilib və sonradan Lesya Ustimenko ilə Lyudmila Zorina üçün girov məbləğlərinin ödənildiyi bildirilib.

Noyabrın 19-da Ali Rada Herman Qaluşenkonun ədliyyə naziri vəzifəsindən azad olunması ilə bağlı qərarı dəstəkləyib. Noyabrın 22-də isə Ukrayna hüquq-mühafizə orqanları “Midas işi” çərçivəsində Timur Mindiç və Aleksandr Tsukermanın beynəlxalq axtarışa verildiyini açıqlayıb. modern.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar