Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu sözlər qadağan edilə bilər

Tarix: 21-12-2025 20:12     Baxış: 338 A- / A+
Azərbaycanda bu sözlər qadağan edilə bilər“Bu gün müzakirə etdiyimiz qanun layihəsi cəmiyyətimizdə son illər, xüsusilə sosial şəbəkələr vasitəsilə formalaşan yeni və real təhlükələrə hüquqi cavab vermək məqsədi daşıyır. Qanuna edilən dəyişikliyə başqa don geyindirənlər olacaq deyə, mən də siyasi partiya kimi mövqeyimi açıqlamaq istəyirəm. Söhbət informasiya azadlığının məhdudlaşdırılmasından deyil, məsuliyyətsiz və zərərli informasiyanın yayılmasının qarşısının alınmasından gedir”.

Bu fikirləri Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.

“Layihənin mahiyyəti mənim üçün ondan ibarətdir ki, internet informasiya ehtiyatlarında və sosial platformalarda kütləvi nümayiş etdirildiyi halda, cəmiyyəti açıq şəkildə təhqir edən, milli-mənəvi dəyərlərə zidd olan, əxlaqsız ifadələrin və yaxud bu cür məzmunun təsirini gücləndirən məlumatların yayılması hüquqi çərçivədə qadağan edilsin.
Bu gün sosial şəbəkələrin reallığı ondan ibarətdir ki, baxış toplamaq, populyar olmaq və ya şəxsi qisas məqsədi ilə ayrı-ayrı vətəndaşlar hədəfə alınır. Bir video, bir paylaşım və ya məqsədli kampaniya insanın şərəf və ləyaqətinə ciddi zərər vura, onun sosial və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilir. Mövcud mexanizmlər isə bu halların hamısına operativ və effektiv cavab vermək üçün yetərli olmur.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, təqdim olunan dəyişikliklər siyasi məqsəd daşımır. Bu layihə nə siyasi fikirlərin ifadəsinə, nə tənqidə, nə də ictimai müzakirələrə qarşı yönəlib. Layihə yalnız kütləvi şəkildə qeyri-etik, təhqiredici və milli-mənəvi dəyərlərə zidd məzmunun yayılmasına qarşı hüquqi mexanizm yaradır.

Bu dəyişikliklər cəzalandırıcı yox, preventiv xarakter daşıyır. Məqsəd qorxutmaq deyil, məsuliyyət formalaşdırmaq, informasiya mühitində sağlam balans yaratmaqdır. İfadə azadlığı qalmalıdır, amma bu azadlıq başqasının ləyaqətinə və hüquqlarına zərər hesabına olmamalıdır”, – Razi Nurullayev bildirib. globalinfo.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar