Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Bu tarixi villa satışa çıxarıldı - Qorbaçov və Reyqan burada görüşmüşdü

Tarix: 22-12-2025 23:21     Baxış: 317 A- / A+
Soyuq Müharibənin bitməsinə səbəb olan 19 noyabr 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasını Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov və ABŞ Prezidenti Ronald Reyqanın görüşdüyü Cenevrə gölünün sahilindəki tarixi “Fleur d'Eau” adlı tarixi villa 23 milyon İsveçrə frankına (29 milyon dollar) satışa çıxarılıb.

Bu barədə "Blick" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, 12 otaqlı malikanə təxminən 1000 kvadrat metr sahəni əhatə edir. Bina 1867-ci ildə bir bankir tərəfindən sifariş edilib.

Hazırda onu satışa çıxaran beynəlxalq şirkət malikanəni 1996-cı ildə 2,4 milyon franka (o dövrdəki məzənnə ilə təxminən 2 milyon dollar) alıb.

Alıcılara həmçinin 12.000 kvadrat metrlik mənzil təklif olunur. Bitişik parkdan Alp dağlarının mənzərəsi görünür. Villa əvvəllər də hərraca çıxarılmış, lakin satılmamışdı.

Qeyd edək ki, Qorbaçov və Reyqan 19-21 noyabr 1985-ci ildə Cenevrədə görüşüblər. Bu, SSRİ ilə ABŞ arasında münasibətlərdə 1979-cu ildə Sovet qoşunlarının Əfqanıstana müdaxiləsi nəticəsində yaranan daha bir soyuqlaşma dövründən sonra baş verib. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar