Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

Media nümayəndələri üçün kibermaarifləndirmə təlimi keçirilib

Tarix: 23-12-2025 15:53     Baxış: 317 A- / A+

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində media nümayəndələri üçün kibermaarifləndirmə təlimi təşkil olunub. Təlim Mərkəzin “CyberCollab” layihəsi çərçivəsində həyata keçirilib.
Manevr.az xəbər verir ki, təlimin əsas məqsədi rəqəmsallaşan dünyada mövcud kibertəhdidlərə qarşı media nümayəndələrinin məlumatlılığını artırmaq, media qurumlarına yönələn hücum növləri və onlardan qorunma yolları barədə praktiki biliklər təqdim etmək olub.
Təlimdə İRİA-nın informasiya təhlükəsizliyi üzrə ekspertləri tərəfindən sessiyalar keçirilib. Sessiyalarda aktual kibertəhdidlər, sosial mühəndislik hücumları üzrə real nümunələr, eləcə də rəqəmsal təhlükəsizliyin təmin olunması ilə bağlı tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda son dövrlərdə geniş istifadə olunan süni intellekt əsaslı platformalardan istifadə zamanı kibertəhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təşəbbüsü ilə cari il ərzində media nümayəndələrinin kiberməlumatlılığının artırılması məqsədilə artıq üçüncü belə tədbir həyata keçirilir. Ümumilikdə, il ərzində 100-dən çox media nümayəndəsi bu təlimlərə cəlb olunub.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar