Xəbər lenti
"Hər anımızı eşqə tapşırdıq..." - Fəridə ƏFRUZ

Fəridə ƏFRUZ,
şairə, tərcüməçi
Özbəkistan Respublikasının Əməkdar mədəniyyət işçisi,
Özbəkistan Yazarlar Birliyi sədr müavini
* * *
Uzu-zu-zu-zu-u-un
yaşamaq istəyirsən,
özün əkdiyin ağaclardan da,
Uzu-zu-zu-zu-u-un
yaşamaq istəyirsən,
özün dediyin nəğmələrdən də,
Uzu-zu-zu-zu-u-un
yaşamaq istəyirsən,
özün tikdiyin binalardan da,
Amma,
əsla və əsla,
uzu-u-un yaşamaq istəmirsən,
öz doğduğun övladlarindan!..
* * *
Düşkünlüyə qapılma, əzizim,
Günəşin batmağına var hələ,
Sən o cilvələnən şəfəqlərə bax,
Varlığında yanmaq istəyi var, hələ.
Düşkünlüyə qapılma, əzizim.
Üzümüzə gülümsəyən sabahlar,
Könül ovunduran gözəl ümid var,
Onu çox gözləmişik, əzizim.
Düşkünlüyə qapılma, əzizim.
Vaxtı çatdı- yaşamağın vaxtı,
Axı, biz də insanıq, əzizim,
"Xuda" dedik- səsimiz qayıtdı.
Dükünlüyə qapılma, əzizim.
Qismətdirsə bu qəribə sövdə,
Hər anımızı eşqə tapşırdıq,
Bundan sonrasına təvəkkül elə.
Tərcümə:Cahangir NAMAZOV
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































