Xəbər lenti
Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: "Bu günü həsrətlə gözləyirdik"
"Bu gün Cəbrayılın Horovlu kəndinə qayıdırıq. Mənim üçün bundan böyük xoşbəxtlik yoxdur".Bu gün növbəti köç karvanı ilə Cəbrayıla qayıdan Asif Əhmədov, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib:
"Bu günü bizə yaşatdıqları üçün şəhidlərimizə, qazilərimizə minnətdaram. Gözlərimə inanmıram ki, Horovluya qayıdıram. Çox sevincliyəm. Şəhidlərimizin ailələrinə, qazilərimizə təşəkkür edirəm, onların qarşısında baş əyirəm. Hər zaman uzaqdan doğma yurduma baxıb, həsrətini çəkirdim. Bu günü biz Prezidentimizə, onun fəaliyyətinə, daxili və xarici siyasətinə borcluyuq. Çox şükür Allaha. Bütün keçmiş məcburi köçkünlərin gözləri aydın olsun. Bu günləri çox həsrətlə gözləyirdik".
Xatırladaq ki, bu gün Horovlu kəndinə 19 ailə - 70 sakin köçürülür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































