Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
BÜTÜN XƏBƏRLƏR

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Tarix: 25-12-2025 20:14     Baxış: 323 A- / A+


Bu gün Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsi ilə bağlı faciədən düz bir il keçir.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bu, bizim bölüşdüyümüz bir faciədir. Təyyarə qəzasında Rusiya, Azərbaycan və Qazaxıstan vətəndaşları həlak olub. Qırğızıstan vətəndaşları isə yaralanıb. Biz yaxınlarını itirənlərin hamısının ağrı və kədərini tam bölüşürük”, - o əlavə edib.
Zaxarova qeyd edib ki, baş verən təyyarə qəzasının ildönümü ərəfəsində - dekabrın 24-də Qroznıda həmin faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib:
“Mərasimdə Çeçenistan Respublikasının rəhbərliyi və Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev iştirak edib”.
Mariya Zaxarova AZAL-ın sərnişin təyyarəsinin vurulmasına görə Ukraynanı ittiham edib. O iddia edib ki, fəlakətin əsas səbəbi Ukraynanın Rusiyanın mülki infrastrukturuna PUA-lardan istifadə edərək terror hücumları olub.
“Hadisədən dərhal sonra Rusiya və Azərbaycan liderləri telefonla danışıblar. Daha sonra, 2024-cü il dekabrın 28-də Rusiya Prezidenti (Vladimir Putin) Azərbaycan Respublikasının Prezidenti (İlham Əliyev) ilə telefon danışığında ölkəmizin hava məkanında baş verən faciəli hadisəyə görə rəsmi olaraq üzr istəyib”, - o vurğulayıb.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar