Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistandan Azərbaycana təklif...

Tarix: 25-12-2025 21:00     Baxış: 324 A- / A+
Ermənistan Azərbaycanla iki ölkə sərhədində quru yükdaşımalarının həyata keçirilməsini təklif edir.

Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bəyan edib.

"Mənim fikrimcə, hazırda Ermənistan və Azərbaycan arasında quru sərhədin açılması üçün çox yaxşı vaxtdır. Belə ki, Ermənistan sərhədinə qədər dəmir yolu ilə gətirilən yüklər multimodal üsulla yük maşınlarına yüklənərək Ermənistan–Azərbaycan quru sərhədindən daşına bilər. Düşünürəm ki, nə Ermənistanda, nə də Azərbaycanda buna mane ola biləcək şərait yoxdur. Mənim təəssüratım belədir ki, biznes mühiti də buna hazırdır", – deyə o vurğulayıb.

Onun sözlərinə görə, əvvəllər Azərbaycan–Ermənistan tranzitinin Gürcüstan dəmir yolları vasitəsilə qiyməti nisbətən yüksək və rəqabətədavamsız hesab olunurdu, lakin danışıqlar hələ də davam edir.

"Bir tərəfdə Gürcüstan dəmir yolu şirkəti, digər tərəfdə isə taxıl və ya benzin idxal edən şirkətlər var. Təbii ki, onların danışıqlar aparması və ən optimal variantı tapması lazımdır", – Papoyan bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə Gürcüstan dəmir yolları ilə yük tranziti tarifləri məsələsini şərh edərkən qeyd edib ki, əgər bu məsələ həll olunmasa, təbii olaraq təsərrüfat subyektləri idxal və ixracı təmin etmək üçün alternativ yollar axtarmağa başlayacaqlar. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar