Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstana gedənlərin nəzərinə! - Bu sənəd tələb olunacaq

Tarix: 26-12-2025 21:19     Baxış: 322 A- / A+
gurcustana-gedenlerin-nezerine
2026-cı ilin 1 yanvardan etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, qaydalar Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə daxil olan bütün xarici vətəndaşlara şamil olunur:

“Azərbaycanın milli aviadaşıyıcısı AZAL 1 yanvar 2026-cı il tarixindən sonra Gürcüstana səfər etməyi planlaşdıran sərnişinlərə səyahətə hazırlıq zamanı yeni tələbləri əvvəlcədən nəzərə almağı və uçuşdan öncə tibbi sığortanı rəsmiləşdirməyi tövsiyə edir. Müəyyən edilmiş tələblərə əsasən, xarici vətəndaşlar ölkədə olduqları bütün müddət ərzində, yəni giriş tarixindən çıxış tarixinədək qüvvədə olan tibbi sığorta və bədbəxt hadisələrdən sığorta polisinə malik olmalıdırlar. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir.

Sığorta Gürcüstanın və ya xarici ölkələrin sığorta şirkətləri tərəfindən təqdim edilə bilər. Sənəd elektron və ya kağız formada təqdim olunmalı, gürcü və ya ingilis dilində tərtib edilməlidir.

Sığorta aşağıdakı məlumatları özündə əks etdirməlidir:

- Sığorta müqaviləsinin tərəfləri;
- Sığorta müqaviləsinin qüvvədə olduğu ərazi;
- Sığortanın predmeti;
- Sığorta təminatının qüvvəyə minmə və bitmə tarixləri;
- Sığorta riskləri;
- Sığorta təminatının məbləği (limitlər);
- Sığorta haqqının məbləği;
- Ödənişin yeri və şərtləri.

Yeni tələb Gürcüstanın “Turizm haqqında” Qanununa əsasən tətbiq edilir. Gürcüstan hökumətinin “Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığorta qaydaları və şərtlərinin təsdiq edilməsi haqqında” qərarı 1 yanvar 2026-cı il tarixində qüvvəyə minir”. qafqazinfo 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar