Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
BÜTÜN XƏBƏRLƏR

Ebru Gündeşin keçmiş həyat yoldaşı həbs edildi

Tarix: 27-12-2025 09:22     Baxış: 320 A- / A+
Ebru Gündeşin keçmiş həyat yoldaşı həbs edildi
Türkiyə mediasında müğənni Ebru Gündeşin keçmiş həyat yoldaşı, iş adamı Murat Özdemirlə bağlı səs-küylü iddia yayılıb.
Jurnalist Emrullah Erdinç sosial şəbəkə hesabında “Ebru Gündeşin keçmiş əri Murat Özdemir tutuldu” paylaşımını edib. Paylaşımda Murat Özdemirin Selahattin Yılmazın rəhbərlik etdiyi cinayət qruplaşmasına üzv olmaq ittihamı ilə həbs edildiyi iddia olunur.
Məlumata görə, Murat Özdemir bu iş üzrə avqust ayında da saxlanılmışdı. O zaman “Selahattin Yılmaz Cinayət Qrupu” istintaqı çərçivəsində polis tərəfindən gözaltına alınan Özdemir prokurorluqda verdiyi ifadədən sonra sərbəst buraxılmışdı.
İddialara əsasən, Murat Özdemir cinayət qruplaşması liderindən aldığı göstərişlərlə bəzi mütəşəkkil sənaye zonalarına təzyiq göstərib və bu yolla maddi gəlir əldə edib.
Xatırladaq ki, Ebru Gündeş iş adamı Murat Osman Özdemirlə 2024-cü ilin fevralında Dubayda ailə qurmuşdu. Cütlük 27 sentyabr 2025-ci ildə razılaşma əsasında, tək məhkəmə iclasında boşanıb. Beləliklə, nikah iki il tamam olmadan başa çatıb. 
Qeyd edək ki, müğənninin şəxsi həyatı daha əvvəl də hüquqi qalmaqallarla gündəmə gəlib. Ebru Gündeşin keçmiş həyat yoldaşlarından biri olan Rza Zarrab 2016-cı ildə ABŞ-da bank fırıldağı və çirkli pulların yuyulması ittihamları ilə həbs edilmiş, daha sonra istintaqla əməkdaşlıq edərək etirafçı olmuşdu.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar