Xəbər lenti
Xaricdən 1 ədəddən artıq telefon gətirənlər 100 manat rüsum ödəyəcəklər
Bu gündən Azərbaycana idxal olunan mobil cihazlar aksizli malların siyahısına əlavə olunmaqla aksizə cəlb ediləcək.Manevr.az-ın məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, mobil cihazlar aksizli malların siyahısına əlavə olunub və hər ədədinə görə 20 manat məbləğində aksiz vergisi müəyyən edilib, eyni zamanda fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün gömrük ödənişlərindən azad olunmaqla təqvim ili ərzində bir ədəd mobil cihaz gətiriləcək.
"Dövlət rüsumu haqqında" Qanunda təklif olunan dəyişikliyə əsasən isə, fiziki şəxs tərəfindən təqvim ili ərzində ölkəyə gətirilən bir ədəddən artıq istənilən mobil cihaza görə 100 manat məbləğində (hər biri üçün) dövlət rüsumu müəyyən ediləcək.
Bu halda fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumları (mobil cihazın dəyərinə əsasən müəyyən olunan dövlət rüsumları) tətbiq olunacaq.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























