Sizin Reklam Burada
Xəbər lenti
27-12-2025
BÜTÜN XƏBƏRLƏR

Röya icra başçısı ilə niyə görüşüb? - AÇIQLAMA

Tarix: 30-12-2025 11:50     Baxış: 422 A- / A+

Müğənni Röya Ayxanın Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev ilə görüşünün görüntüləri sosial şəbəkələrdə yayılıb və bu, geniş müzakirələrə səbəb olub.
Manevr.az xəbər verir ki, görüntülər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən yeni il tədbiri zamanı çəkilib. Tədbir çərçivəsində təşkil olunan konsert proqramında Röya Ayxan da iştirak edib.
Xətai rayon İcra Hakimiyyətindən bildirilib ki, Xətai rayonunda 29.12.2025-ci il tarixdə rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatı və C.Naxçıvanski adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bayram konserti təşkil olunub.
Qeyd olunub ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Hərbi Liseyin rəhbərliyi,  müəllim heyəti və kursantlar iştirak ediblər.
Çıxış edənlər tədbir iştirakçılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, bu əlamətdar günlərin milli birlik, həmrəylik və vətənpərvərlik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. 
"Tədbirin bədii hissəsində Xalq artisti Röya Ayxanın iştirakı ilə bayram konserti təqdim edilib. Müğənninin ifasında səslənən sevilən mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb, konsert iştirakçılara xoş bayram əhval-ruhiyyəsi bəxş edib.
Bayram proqramı milli-mənəvi dəyərlərin təbliği, gənc kursantlarda həmrəylik və vətənə bağlılıq ruhunun daha da gücləndirilməsi məqsədi daşıyıb",- deyə nəzərə çatdırılıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar