Xəbər lenti
Dağların buzu...sözün işığı, istisi, dadı və duzu - Namiq Dəlidağlı-55
“Kəlbəcərə Qayıdış” İctimai Birliyi Namiq Dəlidağlının 55 illik yubiley tədbirini keçirdi
Poeziyası və şəxsiyyəti ilə qəlblərə yol tapan, sevilən, Vətənini də ANA kimi sevən Namiq Dəlidağlı artıq beynəlxalq mükafatlar layiq görülən şairimiz kimi Türk ellərində - TURAN dünyasında tanınır. Ç.Aytmatov adına “Altın kalem” beynəlxalq mükafatına layiq görüləndə onu təbrik etmək üçün yazmışdım ki, bu ödül sizin halalınızdır! Dəlidağlı imzasını şərəflə daşıdığınız üçün siz ən ali dövlət mükafatlarına layiqsiniz. Amma xalqın verdiyi ad-qoyduğu hörmət və qazandığın dəyər isə şərəflidir, əbədidir! Sevincinizi paylaşmaq bir qələm dostunuz kimi, mənə borcdur!
Namiq Dəlidağlını məktəbli olduğu illərdən tanıyır və qəm-qüssə, sevgi-məhəbbət, lirika dolu şeirlərini həmişə göz yaşlarımla oxumuşam. Onun mərhum anası haqqında sosial mediada paylaşdığı “Səni Kəlbəcərə aparammıram” adlı şeirinə şərhim isə belə olub: “Namiq Dəlidağlı, sizin bu ana laylasını göz yaşlarımla oxuyuram. Mən elə bilirdim ki, heç kəs anasına mənim qədər bağlı deyil. Sən demə, yanılmışam, sən təsdiqlədin ki, yox, analar hər balanın ürək döyüntüsü, göz yaşları və başdaşıdır. Ana balanın başının üstündə olanda bala elə yatır ki, "daş kimi". Mən yox, mənim anam 2005-ci ildən "daş kimi yatıb", ayə, nə qədər haraylıyıram, ayılmır. Anaların ruhuna qurban! Atasız övlad yetim qalmır, ANAsız heç bir balanın gözləri gülməz. Bu yaşımda ANAsızlıq dərdini daşıya bilmirəm, ayə! Allah cənnət-məkan ananıza, atanıza, doğmalara rəhmət eləsin!”
Namiq Dəlidağlının sosial şəbkədə paylaşdığı həmin yazısını burada verməsəm, günah olardı: “On il bundan öncə də iyun səhərində hava belə gözəliydi. Bu gözəl yaz səhərində gözəl anam əbədi olaraq bizdən ayrıldı...
Anam anasını çox vaxtsız, 11-12 yaşı olanda itirmişdi, anam anasını elə gözəl ağlayırdı. 2-3 yaşları olanda dünyasını dəyişən qardaşlarımı da gözəl ağlayırdı. Sonra bu ağıların, ağrıların ünvanı daha da çoxaldı, atam, dayılarım... və doğma yurd itkisi...
Anam sözə, saza çox bağlıydı. Əzbərlədiyi xeyli şeir vardı. "Səni Kəlbəcərə aparammıram" adlı bir şeir yazmışdım ona. Əzbərləmişdi. Ancaq şeirdəki "ölsün"ü" “olsun” kimi deyirdi, ölsün kmi söyləməyə dili gəlmirdi...
Heyif! Doğma yurdun azad olduğunu görmədi!
...10 il keçdi anamın bu gidi dünyaya "əlvida" dediyi vaxtdan. Ruhu şad olsun.
...Anam yaşlanmışdı, ömrünün son illərini yaşayanda mənə tez-tez sual verirdi, işğalda olan torpaqlarımızı yağı düşməndən niyə azad etmirsiz? Ağır sual qarşısında aciz qaldım və bir gün anama bu etirafı elədim:
Nə umub-küsürsən, qurbanın olum,
Bağlanıb bənd-bərə, aparammıram.
Məndə təpər yoxdu, düşməndə insaf,
İncimə boş yerə, aparammıram.
Söndü o yuvanın odu, ocağı,
Yoxdu bizdən daha bir umacağı.
Unut Dəlidağı, “Novlu bulağ”ı,
Öyrən bu şəhərə, aparammıram.
Yanırsan, göylərə bülənddi tüstün,
Görürəm, çox vədə vurmuram üstün.
Çəmənlər pərişan, çiçəklər küskün,
Qan tökür dağ, dərə, aparammıram.
Ta demirəm sağlıq olsun, ay ana,
Boşalanlar bir də dolsun, ay ana.
Namiq adlı oğlun ölsün, ay ana,
Səni Kəlbəcərə aparammıram…
***
Həə, keçək əsl mətləbə. Poeziyası ilə çoxlarının göz yaşlarını ovcunun içinə damızdıran, yanaqlardan süzdürən Namiq Dəlidağlı Kəlbəcərdə dünyaya göz açıb. Onun bədii yaradıcılığından bir-iki dəfə yazmışam, amma ürəyimi soyutmamışam.
“Kəlbəcərə Qayıdış” İctimai Birliyinin fəallarından biri, qələm dostum Ədil Orucoğlu bir-iki gün bundan öncə bir xəbərlə məni sevindirdi - Namiq Dəlidağlının 55 illik yubileyinə dəvət etdiklərini bildirdi. Dəvətnaməni oxuyub gözlərimə inanmadım. Namiq Dəlidağlının 50 illik yubiley yaşına yazdığım “Sözün kədər köynəyi” məqaləmi xatırladım. İnanmadım ki, həmin məqalə də “qocalıb” - beş yaşlıdır.
Bu günlərdə (təbiət də sanki onun poeziyasının işığına toplaşmaq istəyənləri sınağa çəkirdi: səhər tezdən “nə qış kimi qış, nə də payız havası idi”. Tədbir “Kəlbəcərə Qayıdış” İctimai Birliyinin təşkilatçılığı ilə Binəqədi-Xırdalan yolunun üstündəki “Kəlbəcər” restoranında keçirilirdi.
Məclisə vaxtından əvvəl gələnlər və gecikənlər də oldu. Xəyalıma ilk gələn bilirsiniz nə oldu: hələ kəlbəcərlilərin bəxtəvər günləri. Onda Namiq məktəbli-şagird idi. Lakin istedadı onu Kəlbəcərdə çıxan “Yenilik” qəzetinin “ştatdankənar müxbir”i kimi tanıtmışdı. Məclisə dəvət olunanlar və təşkilatın rəsmilərindən, deyəsən, mən yubilyarı daha yaxından tanıyırdım...
Tədbirin keçirildiyi məkanın “Kəlbəcər” olması yubilyarı təbrik etməyə tələsənlərin, hətta gecikənlərin də ürəyincə idi. Hələ daha bir gənc aşıqğın da kəlbəcərli (Başlıbel kəndindən, mahir saz ifaçısı Şəhriyar haqqında isə xüsusi bir məqalə yazmağı o gün qərarlaşdırdım-M.N.) olması, deyəsən xüsusi təşkil idi. Sən demə, Şəhriyar Kəlbəcərli Namiq Dəlidağlının şeirlərinin sinədəftəri imiş.
“Məclisin əsas sahibi” Ədil Orucoğlu tədbiri açaraq bildirdi ki, Namiq Dəlidağlının anadan olduğu tarixdə də ilahi bir qeyri-adilik olub. Belə ki, o, 29 sentyabr 1970-ci il tarixində Kəlbəcərdə anadan olsa da, şairin doğum şəhadətnaməsində 1 noyabr qeyd edilib: yəni o, bir ay “uşaqlaşdırılıb” (gecikdirilib).
Namiq uşaqlıq və yeniyetməlik illərini Kəlbəcərdə, anadan olduğu Çovdar və Şahkərəm kəndində keçirib və elə orada da orta məktəbi bitirib. Keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçib: “Bu gün poeziyasının və anadan olmasının 55 illik yubileyinin işığına toplaşdığımız Namiq Dəlidağlı, bildiyimiz ikimi, ixtisasca jurnalist-filoloqdur: dilimizin keşikçisidir. Hələ orta məktəb illərindən şeir və məqalələri ilə “Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində çıxış etdiyi üçün həmin mətbu orqanın “ştatdankənar müxbiri” kimi də tanınıb...”
Yubilyar haqqında ürək sözlərini demək üçün tədbir iştirakçılarına söz verərkən Ədil Orucoğlu onu da xüsusi olaraq vurğuladı ki, Namiq Dəlidağlı həm də cəmiyyətdə siyasi müstəvidə öz sözünü deyən, başqa qələm adamları kimi, nəyinsə xatirinə öz əqidəsində “korrektə” edən jurnalsitlərdən deyil.
Yubilyarı təbrik etmək üçün ilk söz “Kəlbəcərə Qayıdış” İctimai Birliyinin sədri Yelmar Mustafaya verildi. Yelmar bəy Namiq Dəlidağlının bədii yaradıcılığı və siyasi baxışları ilə Azərbaycan cəmiyyətinə və ədəbiyyatına verdiyi töhfələrdən ətraflı söz açaraq, hələ uşaqlıq illərindən Namiqin boy atdığı mühitin onun formalaşlmasında xüsusi önəm daşıdığını qeyd etdi.
Namiq Dəlidağlını o gün yalnız qələm dostarı, eləcə də əqidədaşları deyil, doğma yurd-yuvadan olan ziyalılar təbrikə gəlmişdi. “Çovdar və Şahkərəm” Cəmiyyətinin sədri, ehtiyatda olan polis polkovnik-leytenantı Şükür Əzimov, həmin birliyin sədr müavini Hüseyn Əzimov, tədqiqatçı-jurnalist Məhəmməd Nərimanoğlu, “Kəlbəcərə Qayıdış” İctimai Birlyi Ağsaqqallar Şurasının üzvü Famil Süleymanov, İB-nin İdarə Heyəti üzvlərindən Müzəffər Vəlioğlu, Eldar Qurbanov, həkim-şair Zöhrab Şirinov, birliyin təsisçisi Ramiz Abışov, idarə heyətin üzvü Əbülfəz Murtuzayev, İB Ali Məclisinin üzvü Tələt İbrahimov, Xaliq Mirzəyev və digərləri yubilyarın uşaqlıq illərindən bu yaşadək keçdiyi ömür və yaradıcılıq yolunun müxtəlif pillələrinə, fəsillərinə boylanaraq, nəinki sözə, elə əmələ də sadiqliyini, səmimiyyətini, əsl kəlbəcərliliyini, Türk dünyasında qələmi ilə tanınması, TURAN sevdalı olması barədə eşidib-bildiklərini bölüşdülər.
Ən maraqlısı isə çıxış edən, ürək sözlərini tədbirdə bölüşənlərin şair-publisistin şeirlərinin sinədəftəri olduqlarını hiss etdirmələri idi.
Namiq Dəlidağlı hələ məktəb illərindən ədəbi yaradıcılıqla məşğuldur. Şeirləri “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “Ədalət”, "Xalq qəzeti", “Kaspi”, “168 saat”, “Şəhriyar”, “Murovdağ”, “Vaxt”, “Yeni dünya”, “Səhifələr”, "Kredo", “Türküstan”, “Sumqayıt”, “Gəncliyin səsi”, "Möhtəşəm Azərbaycan" və s. qəzetlərdə, o cümlədən “Xəzər”, “Ulduz”, “Cahan”, “Ali ziyalı”, “Xəzan”, "Ədəbi ovqat", Özbəkistanda nəşr edilən “Mənəvi aləm” və digər jurnallarda, internet saytlarında dərc edilib. O, həmçinin ABŞ, Cənubi Koreya, Türkiyə, Pakistan, Orta Asiya, bir sıra Avropa ölkələrində və digər xarici mətbuatda da ardıcıl olaraq çıxış edir.
Namiq Dəlidağlı həm də publisistdir. Onun poeziyasında olduğu kimi, nəsrində, publisistikasında da özünəməxsusluğu var. “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, "Əllidə ələnənlər", Özbəkistanda nəşr edilən “Sevgi sukunati” (“Sevgi sükutu”) şeir, Şuşa fatehlərindən olan şəhid Sahib Musayevin qəhrəmanlığından bəhs edən “Bitməyən ömrün yarımçıq gündəliyi” publisistik kitabların müəllifi və 4 publisistik toplunun isə həmmüəllifidir.
Namiq müəllimin bədii yaradıcılığı, publisistikası yalnız yuxarıda adlarını çəkdiyimiz kitabların müəllifi olması ilə məhdudlaşmır. O, həm də bir çox kitabın redaktoru, tərtibçisi, ön söz müəllifidir. Yaddan çıxmamış onu da qeyd edək ki, Namiq Dəlidağlı həm də şeirlərinə mahnılar bəstələnən bəxtəvər şairlərimizdəndir.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Namiq Dəlidağlı AYB xətti ilə verilən Prezident təqaüdünə, “Qızıl qələm” və digər ədəbi, media mükafatlarına, o cümlədən Qazaxıstanın "Əhməd Yasəvi" mükafatına, Qırğızıstanın “Çingiz Aytmatov - qızıl qələm" medalına layiq qələm adamıdır.
Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə müxtəlif qurumlar, eləcə də mətbuatdakı səmərəli fəaliyyəti isə Sumqayıt şəhər İcra Hakimiyyəti və Azərbaycan Jurnalistlər Birliyi tərəfindən təltif edilib.
Namiq Dəlidağlı bu gün çox məhsuldar jurnalist-publisist kimi tanınır. Yorulmadan çalışan şair-publisistimiz həm də “Manevr.az”, “Dalidag.az” və “Sumqayitfakt.az” xəbər saytlarının təsisçisi, baş redaktoru, “Dəlidağ” Ədəbi Birliyinin və Azərbaycan Jurnalistlər Birliyi Kəlbəcər bölməsinin sədri, qardaş Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” və "Kaya" xəbər portallarının isə köşə yazarıdır. Nəhayət, Namiq Dəlidağlı xoşbəxt atadır, 2 övladı var. Ona babalıq taxt-tacına yüksəlməyi də diləyirik. Bala demişkən, Namiq Dəlidağlı dağların balası olduğunu elə “dəli”liyi ilə təsdiqləyir. İlk cümləsindən, hələlik son xəbərinə kimi özünü oxudur, düşündürür. Çünki düşüncələrimin yorğunluğu çıxır Namiqi oxuyanda.
Tədbir iştirakçılarının şairin şeirlərini sevərəkdən əzbərləməsi, əlbəttə, səbəbsiz deyildi. Bunu onun şeirlərinin əksəriyyətindəki həm mövzu, həm də onun ifadəsi tələb edib. Məclisdə xüsusən də Namiq Dəlidağlının işğaldan azad edilmiş Kəlbəcərinə və xaraba qalmış ata-baba yurdunu ziyarət edəndə eləcə çöldə-bayırda “gecələyəndə”, daşın üstündə oturub öz-özünə göz yaşları ilə pıçıldadığı və sonra bizi də ağladan “Bir gecə evimdə yata bilmədim” şeiri səsləndirildi, həm də “Dilqəmi” saz havası üstündə:
Şər qarışdı, axşam düşdü,
Evimdə yata bilmədim.
Yorğun-arğın yol gəlmişdim,-
Evimdə yata bilmədim...
İllərdi ki həsrət çəkən,
Dam-daşına qübar çökən,
Atam tikən, düşmən sökən,-
Evimdə yata bilmədim...
Taledi - bir sınaq kimi,
Qınaq yox bu qınaq kimi!
Bircə gecə qonaq kimi
Evimdə yata bilmədim...
Sərin-sərin yuxum gəldi,-
Yeri sərin, yuxum gəldi.
Elə şirin yuxum gəldi,
Evimdə yata bilmədim...
Gözlərimdən min ah dərən-
Yuxularım pərən-pərən.
Xatirələrim bar verən
Evimdə yata bilmədim...
Arzuma çatıb - dincəldim,
Başımı qatıb dincəldim.
Çöllərdə yatıb dincəldim,
Evimdə yata bilmədim...
Namiq Dəlidağlı, Kəlbəcərdəkən əlinə qələm alıb fikrini nəzmə çəkəndən Dəlidağın balası olduğunu təsdiqləmisən! Halalındı, qardaş! Bu da sənin 55 illik yubileyin!
Dünənə qədər belə düşünürdüm: hər halda, üzvü olduğun Yazıçılar və Jurnalistlər birliklərinin, ədəbi ictimaiyyətin borcudur ki, bu əlamətdar tarixi unutmasınlar. Qaldı ki qələm və söz adamı, sevilə-sevilə oxunmağınıza, bu, bir ellin və ilk yaradıcılıq bar-bəhrəni mətbuata çıxaran müəllimlərindən biri kimi (xatırladım ki, o zamanlar Kəlbəcərdə “Dəlidağın nəğmələri” ədəbi birliyi fəaliyyət göstərirdi. Mərhum şair-alimimiz Şamil Əsgər həmin birliyin sədri, mən isə mətbuat üzrə müavini idim. Redaksiyada həmin şeirlərin ilk oxucusu mən olurdum, çapa gedəndə) səninlə, qələmin, özün və ədəbi sözünlə sevilirsən o vaxtlardan!
Budur, həmin arzuladığım mübarək günün haqqında qa kiçik qeydlərimi bir məcraya yönəltməyə çalışıram, həm də Kəlbəcərin qış sovqatlı günlərinin birində, Bakıda “Kəlbəcər” restoranında. “Kəlbəcərə Qayıdış” İctimai Birliyinin rəhbərliyinə, üzvlərinə dərin təşəkkürümü sona saxladım ki, fikrimi onunla bitirim. Sizin, eləcə də, “Çovdar və Şahkərəm” Cəmiyyətinin rəhbərliyi adından “Kəlbəcərə Qayıdış” İctimai Birliyinin bütünlüklə üzvlərinə dərin minnətdarlığımı bildirirəm ki, Türkün simvolu olan “BOZ QURD” portret-peyzajını hazırladıb, sizə hədiyyə etdilər. Süfrələri daim açıq, bol, canları sağ olsun ki, Kəlbəcərin söz, qələm adamlarını belə urvatlı tutdular...
O gün dağların buzu, sözün işığı, istisi, dad-duzu bir arada idi: sanki ana təbiət də yubilyarı təbrikə gəlmişdi: “qışın oğlan çağı”nın soyuq-sazağı ilə. Amma ürəklər od-alovlu, atəşliydi. Məncə, əsl kəlbəcərli məclisiydi: sazlı-sözlü, kövrək anlarla baş-başa idik.
55 illik ömür yolunda qazandıqların halalın olsun! Bu günədək itirdiklərinə heyifsilənir, bundan sonra da qazanacağın uğurlara sevinmək üçün gözləyirəm. Ömür və yaradıcılıq yollarında daim yaşıl işıq yansın. Dəlidağı adınla, yaradıcılığınla qoşa yaşadırsan, həm də layiqli şəkildə. Dəlidağ kimi bundan sonra da vüqarlı ol!
Məhəmməd NƏRİMANOĞLU,
“Yenilik-press” qzəetinin baş redaktoru
Bakı, 2025-ci il
Manevr.az
Poeziyası və şəxsiyyəti ilə qəlblərə yol tapan, sevilən, Vətənini də ANA kimi sevən Namiq Dəlidağlı artıq beynəlxalq mükafatlar layiq görülən şairimiz kimi Türk ellərində - TURAN dünyasında tanınır. Ç.Aytmatov adına “Altın kalem” beynəlxalq mükafatına layiq görüləndə onu təbrik etmək üçün yazmışdım ki, bu ödül sizin halalınızdır! Dəlidağlı imzasını şərəflə daşıdığınız üçün siz ən ali dövlət mükafatlarına layiqsiniz. Amma xalqın verdiyi ad-qoyduğu hörmət və qazandığın dəyər isə şərəflidir, əbədidir! Sevincinizi paylaşmaq bir qələm dostunuz kimi, mənə borcdur!Namiq Dəlidağlını məktəbli olduğu illərdən tanıyır və qəm-qüssə, sevgi-məhəbbət, lirika dolu şeirlərini həmişə göz yaşlarımla oxumuşam. Onun mərhum anası haqqında sosial mediada paylaşdığı “Səni Kəlbəcərə aparammıram” adlı şeirinə şərhim isə belə olub: “Namiq Dəlidağlı, sizin bu ana laylasını göz yaşlarımla oxuyuram. Mən elə bilirdim ki, heç kəs anasına mənim qədər bağlı deyil. Sən demə, yanılmışam, sən təsdiqlədin ki, yox, analar hər balanın ürək döyüntüsü, göz yaşları və başdaşıdır. Ana balanın başının üstündə olanda bala elə yatır ki, "daş kimi". Mən yox, mənim anam 2005-ci ildən "daş kimi yatıb", ayə, nə qədər haraylıyıram, ayılmır. Anaların ruhuna qurban! Atasız övlad yetim qalmır, ANAsız heç bir balanın gözləri gülməz. Bu yaşımda ANAsızlıq dərdini daşıya bilmirəm, ayə! Allah cənnət-məkan ananıza, atanıza, doğmalara rəhmət eləsin!”
Namiq Dəlidağlının sosial şəbkədə paylaşdığı həmin yazısını burada verməsəm, günah olardı: “On il bundan öncə də iyun səhərində hava belə gözəliydi. Bu gözəl yaz səhərində gözəl anam əbədi olaraq bizdən ayrıldı...
Anam anasını çox vaxtsız, 11-12 yaşı olanda itirmişdi, anam anasını elə gözəl ağlayırdı. 2-3 yaşları olanda dünyasını dəyişən qardaşlarımı da gözəl ağlayırdı. Sonra bu ağıların, ağrıların ünvanı daha da çoxaldı, atam, dayılarım... və doğma yurd itkisi...
Anam sözə, saza çox bağlıydı. Əzbərlədiyi xeyli şeir vardı. "Səni Kəlbəcərə aparammıram" adlı bir şeir yazmışdım ona. Əzbərləmişdi. Ancaq şeirdəki "ölsün"ü" “olsun” kimi deyirdi, ölsün kmi söyləməyə dili gəlmirdi...
Heyif! Doğma yurdun azad olduğunu görmədi!
...10 il keçdi anamın bu gidi dünyaya "əlvida" dediyi vaxtdan. Ruhu şad olsun.
...Anam yaşlanmışdı, ömrünün son illərini yaşayanda mənə tez-tez sual verirdi, işğalda olan torpaqlarımızı yağı düşməndən niyə azad etmirsiz? Ağır sual qarşısında aciz qaldım və bir gün anama bu etirafı elədim:
Nə umub-küsürsən, qurbanın olum,
Bağlanıb bənd-bərə, aparammıram.
Məndə təpər yoxdu, düşməndə insaf,
İncimə boş yerə, aparammıram.
Söndü o yuvanın odu, ocağı,
Yoxdu bizdən daha bir umacağı.
Unut Dəlidağı, “Novlu bulağ”ı,
Öyrən bu şəhərə, aparammıram.
Yanırsan, göylərə bülənddi tüstün,
Görürəm, çox vədə vurmuram üstün.
Çəmənlər pərişan, çiçəklər küskün,
Qan tökür dağ, dərə, aparammıram.
Ta demirəm sağlıq olsun, ay ana,
Boşalanlar bir də dolsun, ay ana.
Namiq adlı oğlun ölsün, ay ana,
Səni Kəlbəcərə aparammıram…
***
Həə, keçək əsl mətləbə. Poeziyası ilə çoxlarının göz yaşlarını ovcunun içinə damızdıran, yanaqlardan süzdürən Namiq Dəlidağlı Kəlbəcərdə dünyaya göz açıb. Onun bədii yaradıcılığından bir-iki dəfə yazmışam, amma ürəyimi soyutmamışam.
“Kəlbəcərə Qayıdış” İctimai Birliyinin fəallarından biri, qələm dostum Ədil Orucoğlu bir-iki gün bundan öncə bir xəbərlə məni sevindirdi - Namiq Dəlidağlının 55 illik yubileyinə dəvət etdiklərini bildirdi. Dəvətnaməni oxuyub gözlərimə inanmadım. Namiq Dəlidağlının 50 illik yubiley yaşına yazdığım “Sözün kədər köynəyi” məqaləmi xatırladım. İnanmadım ki, həmin məqalə də “qocalıb” - beş yaşlıdır.
Bu günlərdə (təbiət də sanki onun poeziyasının işığına toplaşmaq istəyənləri sınağa çəkirdi: səhər tezdən “nə qış kimi qış, nə də payız havası idi”. Tədbir “Kəlbəcərə Qayıdış” İctimai Birliyinin təşkilatçılığı ilə Binəqədi-Xırdalan yolunun üstündəki “Kəlbəcər” restoranında keçirilirdi.
Məclisə vaxtından əvvəl gələnlər və gecikənlər də oldu. Xəyalıma ilk gələn bilirsiniz nə oldu: hələ kəlbəcərlilərin bəxtəvər günləri. Onda Namiq məktəbli-şagird idi. Lakin istedadı onu Kəlbəcərdə çıxan “Yenilik” qəzetinin “ştatdankənar müxbir”i kimi tanıtmışdı. Məclisə dəvət olunanlar və təşkilatın rəsmilərindən, deyəsən, mən yubilyarı daha yaxından tanıyırdım...
Tədbirin keçirildiyi məkanın “Kəlbəcər” olması yubilyarı təbrik etməyə tələsənlərin, hətta gecikənlərin də ürəyincə idi. Hələ daha bir gənc aşıqğın da kəlbəcərli (Başlıbel kəndindən, mahir saz ifaçısı Şəhriyar haqqında isə xüsusi bir məqalə yazmağı o gün qərarlaşdırdım-M.N.) olması, deyəsən xüsusi təşkil idi. Sən demə, Şəhriyar Kəlbəcərli Namiq Dəlidağlının şeirlərinin sinədəftəri imiş.
“Məclisin əsas sahibi” Ədil Orucoğlu tədbiri açaraq bildirdi ki, Namiq Dəlidağlının anadan olduğu tarixdə də ilahi bir qeyri-adilik olub. Belə ki, o, 29 sentyabr 1970-ci il tarixində Kəlbəcərdə anadan olsa da, şairin doğum şəhadətnaməsində 1 noyabr qeyd edilib: yəni o, bir ay “uşaqlaşdırılıb” (gecikdirilib).
Namiq uşaqlıq və yeniyetməlik illərini Kəlbəcərdə, anadan olduğu Çovdar və Şahkərəm kəndində keçirib və elə orada da orta məktəbi bitirib. Keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçib: “Bu gün poeziyasının və anadan olmasının 55 illik yubileyinin işığına toplaşdığımız Namiq Dəlidağlı, bildiyimiz ikimi, ixtisasca jurnalist-filoloqdur: dilimizin keşikçisidir. Hələ orta məktəb illərindən şeir və məqalələri ilə “Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində çıxış etdiyi üçün həmin mətbu orqanın “ştatdankənar müxbiri” kimi də tanınıb...”
Yubilyar haqqında ürək sözlərini demək üçün tədbir iştirakçılarına söz verərkən Ədil Orucoğlu onu da xüsusi olaraq vurğuladı ki, Namiq Dəlidağlı həm də cəmiyyətdə siyasi müstəvidə öz sözünü deyən, başqa qələm adamları kimi, nəyinsə xatirinə öz əqidəsində “korrektə” edən jurnalsitlərdən deyil.
Yubilyarı təbrik etmək üçün ilk söz “Kəlbəcərə Qayıdış” İctimai Birliyinin sədri Yelmar Mustafaya verildi. Yelmar bəy Namiq Dəlidağlının bədii yaradıcılığı və siyasi baxışları ilə Azərbaycan cəmiyyətinə və ədəbiyyatına verdiyi töhfələrdən ətraflı söz açaraq, hələ uşaqlıq illərindən Namiqin boy atdığı mühitin onun formalaşlmasında xüsusi önəm daşıdığını qeyd etdi.
Namiq Dəlidağlını o gün yalnız qələm dostarı, eləcə də əqidədaşları deyil, doğma yurd-yuvadan olan ziyalılar təbrikə gəlmişdi. “Çovdar və Şahkərəm” Cəmiyyətinin sədri, ehtiyatda olan polis polkovnik-leytenantı Şükür Əzimov, həmin birliyin sədr müavini Hüseyn Əzimov, tədqiqatçı-jurnalist Məhəmməd Nərimanoğlu, “Kəlbəcərə Qayıdış” İctimai Birlyi Ağsaqqallar Şurasının üzvü Famil Süleymanov, İB-nin İdarə Heyəti üzvlərindən Müzəffər Vəlioğlu, Eldar Qurbanov, həkim-şair Zöhrab Şirinov, birliyin təsisçisi Ramiz Abışov, idarə heyətin üzvü Əbülfəz Murtuzayev, İB Ali Məclisinin üzvü Tələt İbrahimov, Xaliq Mirzəyev və digərləri yubilyarın uşaqlıq illərindən bu yaşadək keçdiyi ömür və yaradıcılıq yolunun müxtəlif pillələrinə, fəsillərinə boylanaraq, nəinki sözə, elə əmələ də sadiqliyini, səmimiyyətini, əsl kəlbəcərliliyini, Türk dünyasında qələmi ilə tanınması, TURAN sevdalı olması barədə eşidib-bildiklərini bölüşdülər.
Ən maraqlısı isə çıxış edən, ürək sözlərini tədbirdə bölüşənlərin şair-publisistin şeirlərinin sinədəftəri olduqlarını hiss etdirmələri idi.
Namiq Dəlidağlı hələ məktəb illərindən ədəbi yaradıcılıqla məşğuldur. Şeirləri “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “Ədalət”, "Xalq qəzeti", “Kaspi”, “168 saat”, “Şəhriyar”, “Murovdağ”, “Vaxt”, “Yeni dünya”, “Səhifələr”, "Kredo", “Türküstan”, “Sumqayıt”, “Gəncliyin səsi”, "Möhtəşəm Azərbaycan" və s. qəzetlərdə, o cümlədən “Xəzər”, “Ulduz”, “Cahan”, “Ali ziyalı”, “Xəzan”, "Ədəbi ovqat", Özbəkistanda nəşr edilən “Mənəvi aləm” və digər jurnallarda, internet saytlarında dərc edilib. O, həmçinin ABŞ, Cənubi Koreya, Türkiyə, Pakistan, Orta Asiya, bir sıra Avropa ölkələrində və digər xarici mətbuatda da ardıcıl olaraq çıxış edir.
Namiq Dəlidağlı həm də publisistdir. Onun poeziyasında olduğu kimi, nəsrində, publisistikasında da özünəməxsusluğu var. “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, "Əllidə ələnənlər", Özbəkistanda nəşr edilən “Sevgi sukunati” (“Sevgi sükutu”) şeir, Şuşa fatehlərindən olan şəhid Sahib Musayevin qəhrəmanlığından bəhs edən “Bitməyən ömrün yarımçıq gündəliyi” publisistik kitabların müəllifi və 4 publisistik toplunun isə həmmüəllifidir.
Namiq müəllimin bədii yaradıcılığı, publisistikası yalnız yuxarıda adlarını çəkdiyimiz kitabların müəllifi olması ilə məhdudlaşmır. O, həm də bir çox kitabın redaktoru, tərtibçisi, ön söz müəllifidir. Yaddan çıxmamış onu da qeyd edək ki, Namiq Dəlidağlı həm də şeirlərinə mahnılar bəstələnən bəxtəvər şairlərimizdəndir.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Namiq Dəlidağlı AYB xətti ilə verilən Prezident təqaüdünə, “Qızıl qələm” və digər ədəbi, media mükafatlarına, o cümlədən Qazaxıstanın "Əhməd Yasəvi" mükafatına, Qırğızıstanın “Çingiz Aytmatov - qızıl qələm" medalına layiq qələm adamıdır. Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə müxtəlif qurumlar, eləcə də mətbuatdakı səmərəli fəaliyyəti isə Sumqayıt şəhər İcra Hakimiyyəti və Azərbaycan Jurnalistlər Birliyi tərəfindən təltif edilib.
Namiq Dəlidağlı bu gün çox məhsuldar jurnalist-publisist kimi tanınır. Yorulmadan çalışan şair-publisistimiz həm də “Manevr.az”, “Dalidag.az” və “Sumqayitfakt.az” xəbər saytlarının təsisçisi, baş redaktoru, “Dəlidağ” Ədəbi Birliyinin və Azərbaycan Jurnalistlər Birliyi Kəlbəcər bölməsinin sədri, qardaş Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” və "Kaya" xəbər portallarının isə köşə yazarıdır. Nəhayət, Namiq Dəlidağlı xoşbəxt atadır, 2 övladı var. Ona babalıq taxt-tacına yüksəlməyi də diləyirik. Bala demişkən, Namiq Dəlidağlı dağların balası olduğunu elə “dəli”liyi ilə təsdiqləyir. İlk cümləsindən, hələlik son xəbərinə kimi özünü oxudur, düşündürür. Çünki düşüncələrimin yorğunluğu çıxır Namiqi oxuyanda.
Tədbir iştirakçılarının şairin şeirlərini sevərəkdən əzbərləməsi, əlbəttə, səbəbsiz deyildi. Bunu onun şeirlərinin əksəriyyətindəki həm mövzu, həm də onun ifadəsi tələb edib. Məclisdə xüsusən də Namiq Dəlidağlının işğaldan azad edilmiş Kəlbəcərinə və xaraba qalmış ata-baba yurdunu ziyarət edəndə eləcə çöldə-bayırda “gecələyəndə”, daşın üstündə oturub öz-özünə göz yaşları ilə pıçıldadığı və sonra bizi də ağladan “Bir gecə evimdə yata bilmədim” şeiri səsləndirildi, həm də “Dilqəmi” saz havası üstündə:
Şər qarışdı, axşam düşdü,
Evimdə yata bilmədim.
Yorğun-arğın yol gəlmişdim,-
Evimdə yata bilmədim...
İllərdi ki həsrət çəkən,
Dam-daşına qübar çökən,
Atam tikən, düşmən sökən,-
Evimdə yata bilmədim...
Taledi - bir sınaq kimi,
Qınaq yox bu qınaq kimi!
Bircə gecə qonaq kimi
Evimdə yata bilmədim...
Sərin-sərin yuxum gəldi,-
Yeri sərin, yuxum gəldi.
Elə şirin yuxum gəldi,
Evimdə yata bilmədim...
Gözlərimdən min ah dərən-
Yuxularım pərən-pərən.
Xatirələrim bar verən
Evimdə yata bilmədim...
Arzuma çatıb - dincəldim,
Başımı qatıb dincəldim.
Çöllərdə yatıb dincəldim,
Evimdə yata bilmədim...
Namiq Dəlidağlı, Kəlbəcərdəkən əlinə qələm alıb fikrini nəzmə çəkəndən Dəlidağın balası olduğunu təsdiqləmisən! Halalındı, qardaş! Bu da sənin 55 illik yubileyin!
Dünənə qədər belə düşünürdüm: hər halda, üzvü olduğun Yazıçılar və Jurnalistlər birliklərinin, ədəbi ictimaiyyətin borcudur ki, bu əlamətdar tarixi unutmasınlar. Qaldı ki qələm və söz adamı, sevilə-sevilə oxunmağınıza, bu, bir ellin və ilk yaradıcılıq bar-bəhrəni mətbuata çıxaran müəllimlərindən biri kimi (xatırladım ki, o zamanlar Kəlbəcərdə “Dəlidağın nəğmələri” ədəbi birliyi fəaliyyət göstərirdi. Mərhum şair-alimimiz Şamil Əsgər həmin birliyin sədri, mən isə mətbuat üzrə müavini idim. Redaksiyada həmin şeirlərin ilk oxucusu mən olurdum, çapa gedəndə) səninlə, qələmin, özün və ədəbi sözünlə sevilirsən o vaxtlardan!
Budur, həmin arzuladığım mübarək günün haqqında qa kiçik qeydlərimi bir məcraya yönəltməyə çalışıram, həm də Kəlbəcərin qış sovqatlı günlərinin birində, Bakıda “Kəlbəcər” restoranında. “Kəlbəcərə Qayıdış” İctimai Birliyinin rəhbərliyinə, üzvlərinə dərin təşəkkürümü sona saxladım ki, fikrimi onunla bitirim. Sizin, eləcə də, “Çovdar və Şahkərəm” Cəmiyyətinin rəhbərliyi adından “Kəlbəcərə Qayıdış” İctimai Birliyinin bütünlüklə üzvlərinə dərin minnətdarlığımı bildirirəm ki, Türkün simvolu olan “BOZ QURD” portret-peyzajını hazırladıb, sizə hədiyyə etdilər. Süfrələri daim açıq, bol, canları sağ olsun ki, Kəlbəcərin söz, qələm adamlarını belə urvatlı tutdular...O gün dağların buzu, sözün işığı, istisi, dad-duzu bir arada idi: sanki ana təbiət də yubilyarı təbrikə gəlmişdi: “qışın oğlan çağı”nın soyuq-sazağı ilə. Amma ürəklər od-alovlu, atəşliydi. Məncə, əsl kəlbəcərli məclisiydi: sazlı-sözlü, kövrək anlarla baş-başa idik.
55 illik ömür yolunda qazandıqların halalın olsun! Bu günədək itirdiklərinə heyifsilənir, bundan sonra da qazanacağın uğurlara sevinmək üçün gözləyirəm. Ömür və yaradıcılıq yollarında daim yaşıl işıq yansın. Dəlidağı adınla, yaradıcılığınla qoşa yaşadırsan, həm də layiqli şəkildə. Dəlidağ kimi bundan sonra da vüqarlı ol!
Məhəmməd NƏRİMANOĞLU,
“Yenilik-press” qzəetinin baş redaktoru
Bakı, 2025-ci il
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































