Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Sürücülərə çağırış: Yollarda ehtiyatlı olun!

Tarix: 31-12-2025 12:09     Baxış: 322 A- / A+
Bayram günlərində Dövlət Yol Polisi gücləndirilmiş formada xidmət aparır. Hazırda güclü küləklə əlaqədar yollarda yarana biləcək çətinliklərin qarşısının alınması məqsədilə, respublika əhəmiyyətli avtomobil yollarında qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sürücüləri ilə izahedici söhbətlər aparılır, qəza ehtimalı yüksək olan təhlükəli yol sahələrinə fasiləsiz nəzarət həyata keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, küləkli hava xüsusilə ikitəkərli, o cümlədən moped, motosiklet, skuter tipli nəqliyyat vasitələrinin idarə edilməsində ciddi çətinliklər yaradır. Küləyin təsirindən bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi - aşma ehtimalı dəfələrlə artır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir.
Baş Dövlət Yol Polisi İdarəsi səfərə hazırlaşan sürücülərə, yükdaşıma, eləcə də ikitəkərli nəqliyyat vasitələri ilə sifarişli çatdırılma xidməti göstərən fiziki və hüquq şəxslərə müraciət edərək, küləkli hava şəraitini nəzərə almağı, təhlükəsizlik qaydalarına ciddi yanaşmağı xahiş edir.
“Bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bütün hərəkət iştirakçılarını intizama dəvət edir, onlara təhlükəsiz yol arzulayırıq!”, - deyə müraciətdə qeyd olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar