Müğənni Əminə Şirin sosial şəbəkədə etdiyi paylaşımda uzun müddətdir tənqid olunan mövzuya aydınlıq gətirib və izləyicilərinə sərt mesaj ünvanlayıb.
Manevr.az-ın məlumatına görə, sənətçi bildirib ki, bakılı ailəsində doğulduğu üçün bu ləhcə ilə danışır və bunu qüsur hesab etmir:
"Bakılı ailəsində doğulmuşam, ona görə də bu ləhcə ilə danışıram. Bu, səhv və ya qüsur deyil. Mənim ləhcəmə ilişməyin. İnsanlığınızdan danışın, ləhcənin fərqi yoxdur"
Əminə Şirin qeyd edib ki, harada doğulsaydı, həmin bölgənin ləhcəsi ilə fəxr edərdi:
"Hansı bölgədə doğulsaydım, oranın ləhcəsi ilə də fəxr edərdim. Bir şey tapa bilmirsiniz, qalmısınız nədə qüsur axtarasınız".
Müğənni Bakıda yaşayıb Bakı ləhcəsini bəyənməməyə təəccübləndiyini vurğulayıb və tanınmış ədəbiyyat nümayəndələrini nümunə göstərib:
"O boyda şairlərimiz olub, Zəlimxan Yaqub kimi ləhcə ilə danışıb-yazan insanlar olub. Onlardan da səhv tutaq?"
Əminə Şirinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























