Sizin Reklam Burada
Xəbər lenti
09-08-2026
08-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ağsuda şəhid bacısının “Şəhidlər əzizlərinin xatirəsində” kitabının təqdimatı olub

Tarix: 14-01-2026 22:24     Baxış: 3475 A- / A+
Ağsu rayonu Təhsil Sektorunun akt zalında şəhid bacısı Ülviyyə Namiqqızının “Şəhidlər əzizlərinin xatirəsində” kitabının təqdimatı keçirilib.

Manevr.az xəbər verir ki, tədbirdə şəhid ailələri, Ağsu rayon Təhsil Sektorunun müdiri Ramin Mahmudov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu rayon Komitəsinin sədri Sevinc Beybudova, Ağsu rayon Bəhruz Nəsirov adına Dilman kənd tam ümumtəhsil məktəbinin müəllim kollektivi, “Dəmir Yumruq” Alfa-A cəmiyyətinin üzvləri, AYB-nın üzvü Minirə Dadaşqızı, Ağsu rayon Kalva Bələdiyyəsinin əməkdşı Cövdət Süleymanov, Ağsu rayon xəstəxanasının həkimi Mikayıl Mustafayev və digər qonaqlar iştirak ediblər.
   Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Aparıcı İbrahim Qanıyev  tədbiri açıq elan etmək üçün sözü Ağsu rayon Təhsil Sektorunun müdiri Ramin Mahmudova verib. O, şəhidlərimizin qəhrəmalığından, göstərdikləri  igidliklərindən bəhs edən kitabların nəşr edilməsini təqdirə layiq hal kimi dəyərləndirib. Digər çıxış edənlər də şəhidlərin əziz xatirəsini yad etdilər. ürək sözlərini dilə gətirdilər.
Müəllif, AJB-nin üzvü Ülviyyə Namiqqızı çıxışında kitabın necə araya - ərsəyə gəlməsi barədə danışdı. Müəllif onu da qeyd etdi ki, artıq yeni -“Müharibə şahidləri” kitabı üzərində işləyir. Qeyd etdi ki, ağır olsa da,  şəhidlər, müharibə iştirakçılarının qəhrəmanlığından yazmaq ona böyük qürur verir. Məktəblilərin ifasında şəhidlər haqqında şeirlər söylənilib. 
 Vurğulayaq ki, bu günlərdə nəfis şəkildə çap edilən “Şəhidlər əzizlərinin xatirəsində” kitabının redaktoru AYB və AJB-nin üzvü Namiq Dəlidağlıdır.

Natəvan Qocayeva,
Manevr.az







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar