Sizin Reklam Burada
Xəbər lenti
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Qayğısı vətən olan böyük insan

Tarix: 08-01-2026 11:14     Baxış: 2177 A- / A+

                                              Kamil Həsənov 


                           Gedənlər xatırlandıqca hər dəfə yenidən 
                           dünyaya gəlirlər. Xatirəsi könüllərdə oyaq 
                           qalanlar əbədiyyət yolçulardır...
                                                        Məmməd İsmayı

Mən xalqımızın böyük oğlu, iqtisadçı alim, müstəqilliyimiz və dövlətçiliyimizə öz işıqlı əməlləri ilə töhfələr vermiş görkəmli ziyalı Kamil Həsənov haqqında onun bacısı oğlu kimi yox, bir Azərbaycan vətəndaşı kimi öz fikirlərimi bildirməyə bilmərəm. O, elə bir ziyalı, elə bir alim, elə bir kamil şəxsiyyət idi ki, onun ömür və həyat yoluna birtərəfli nəzər salmaqla Kamil Həsənov şəxsiyyətini tam öyrənmək mümkün deyildir. Mən əminəm ki, Kamil Həsənovun vətən və dövlət üçün etdiyi böyük əməllərinə görə gələcəkdə, onun həyatında, keçdiyi şərəf və ömür yolundan bəhs edən neçə-neçə tədqiqi və yaradıcı əsərlər yazılacaqdır. Mən deyərdim ki, bu həmdə onun doğal haqqıdır. Dayım Kamil Həsənov özü 1948-ci ilin iyulun 21-də öz mübarək doğum gününü belə nəql edirdi: "Mən Laçın rayonu Qarakeçdi kəndinin Lulpər yaylağında, Salman bulağının üstündə, atamın qurduğu keçə örtüklü alaçıqda dünyaya göz açmışam. Bu tarix dəqiqdir, çünki atam bu tarixi öz orden vəsiqəsinin arxasında qeyd edib". Dayımın öz doğum tarixini atasının obrazlı ifadəsi ilə necə məhəbbətlə xatırlaması ona əsas verir bu gün cəsarətlə deyək ki, Kamil Həsənov öz elinə, obasına bağlı vətənpərvər ziyalı olması ilə yanaşı, həm də o, doğulub boya-başa çatdığı mərdlər diyarı olan Laçının timsalında xalqına, dövlətinə necə sadiq ali məramlı böyük alim, dəyərli ictimai dövlət xadimi olmuşdur. Bu baxımından Kamil Həsənovun həyatını, şərəfli ömür yolunu, insanlığa, vətənə, dövlətə xidmət nümunəsi kimi üç hissəli ömür yolu kimi qiymətləndirmək olar. Birinci hissə - onun yüksək mənəvi keyfiyyətləri ilə qeyri-adi gözəl ünsiyyət çevrəsində şəxsi həyat tərzidir ki, orda Kamil müəllimin uşaqlıq, gənclik, ailə qohum- əqraba, dost-tanış, el-oba ilə bağlı həyatını ifadə edən ömür yoludur. İkinci hissə - onun bir alim kimi elmi fəaliyyəti dövlətimiz üçün ən vacib sahə olan iqtisad elminin inkişafına verdiyi töfhələrdir ki, burda da Kamil müəllimin bir alim kimi öyrənilməsindən ibarət olan ömür yoludur. Üçüncü hissə isə onun şərəfli ömrünü daha da rövnəqləndirən xalqımızın birliyi naminə, müstəqil dövlətimizin qorunması, gələcəyi uğrunda mübarizə həyatıdır ki, burda da o, öz fədakar xidmətləri ilə xalq-vətən-dövlət məfkurəsinin müqəddəslik zirvəsində özünü təsdiq etmişdir.

          Ürəkləri isidən işıq...
        İnsanı həyata bağlayan onun gözəl cəhətləridir...

                                                         Sokrat

Kamil Həsənov ölkəmizin ən ucqar dağ rayonlarından olan Laçında dünyaya göz açmışdır. Laçının quşqonmaz şiş qayaları, zirvəsi qarlı uca dağları, qeyri-adi gözəl təbiəti şübhəsiz ki, onun xarakterinə hündür boz qayalar kimi mətin, mübariz, zirvəsi qarlı uca dağlara bənzər məğrur, dönməz olmasına və qeyri-adi gözəl təbiəti kimi mənəvi zəngilliyinə az təsir etməmişdir. Bəlkə də bu amillərdən dolayı o, təbiəti çox sevirdi. Mən deyərdim ki, elə bu sevginin qarşılığı idi ki, qoca təbiət də öz növbəsində öz müdrikliyi ilə zənginliyini Kamil dayımın düşüncələrinə və xarakterinə bəxş etmişdir. Ona görə də onun doğmalarından tutmuş digər insanlarla münasibətində onların özlərinin təəssüratlarına görə ürəkləri isidən bir işıq var idi... Onun bu cür işıqlı xarakterə malik olması həm bir alim kimi, həm də bir vətəndaş kimi Allaha, vətənə, həyata layiq yaşamağın gözəl düsturu idi.

         Ali məram, ali məqsəd...

     Haraya getdiyini bilən adama bütün aləm yol verər.
                                         Devid Star Cordon

Kamil müəllim kiçik kateqoriyalarla düşünən insan deyildir. O, daima xalq üçün, vətən üçün, dövlət üçün strateji düşünərdi. Onun bu düşüncə tərzi elmi işinin mövzusunda da özünü göstərmişdir. Bu elə bir mövzudur ki, indi də Azərbaycan iqtisadiyyatının aktual məsələlərindəndir. Dağ rayonlarımızda iqtisadiyyatın necə inkişaf etdirilməsinə həsr olunmuş elmi iş alimlər yanında Kamil müəllimə böyük nüfuz qazandırmışdır. Çünki, Azərbaycan aqrar ölkə olduğundan rayonlarda iqtisadiyyatın inkişaf etdirilməsi məsələsi indi də öz aktuallığını itirməmişdir. Bu baxımdan Kamil müəllimin elmdə də strateji baxışları iqtisadiyyat elmində daima yeni olacaqdır.

          Azərbaycanı ifadə edən cəsarətli alim

  Vətən onu sevən insanların çiyinləri üstündə yüksəlir.
                                                             Tofiq Fikrət

1988-ci ildən sonra isə Kamil müəllimin həyatı yeni mərhələyə qədəm qoydu. Bu mərhələ Kamil müəllimin varlığını ifadə edən xalqımızın azadlıq və müstəqillik ideyasına sahiblənmə dövrü idi. O vaxtlar ölkəmiz "erməni-rus" birləşməsinin informasiya müharibəsinə məruz qaldığı zaman Kamil müəllim bir alim kimi işıqlı zəkası və cəsarəti ilə bütün Azərbaycanı ifadə edirdi. 1993-cü ildə xalqımız vətəndaş müharibəsi ilə üz-üzə qaldığı zaman Kamil müəllim təbii ki, bir ziyalı alim kimi baş verən məlum hadisələrə biganə qala bilməzdi... Və qalmadı da. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətdə nizam-intizam qaydaları normal vəziyyətə salınmasında Kamil müəllim daima dövlətin, dövlətçiliyin yanında olmuşdur. Ulu Öndər Heydər Əliyev də Kamil müəllimin xalqa, dövlətə, dövlətçiliyə necə bağlı olduğunu gözəl bildiyi üçün ona daima xoş və xüsusi münasibətdə olmuşdur.

                Ölüm sonsuzluğun qapısı...
                                                                                                     
             Mən əcəldən qorxmuram. O nə edəcək mənə?
             Mən öldükdən sonra da yaşayacağam yenə

                                                            Yan Raynis

Ölüm adi insanları bu dünyada unutdursa da böyük insanları unutdura bilmir. Böyük insan, böyük alim, böyük ictimai dövlət xadimi Kamil Həsənovun da qismən bu dünyadan köçməsi onun sadəcə cismən ölümü ilə bağlı ola bilər. Ölüm böyük insanları öldürə bilmir. Əksinə onların nüfuz əzəməti qarşısında özü ölür. Çünki ölüm sonsuzluğun qapısıdır... Böyük insanları ruhu zəngindir, işıqdır... İllah da ki, o böyük alim ola. Kamil Həsənovun ölümü tək doğmaları üçün ağır itki olmadı, həm də xalqımız üçün ağır itki oldu... Çünki, o, cismən aramızda yoxdur... Biz doğmalar onun məzarını ziyarət etməklə təsəlli tapırıq... Onun isə ruhu biz doğmaları ziyarət edir... Onun ziyarəti həm də müqəddəsdir... Çünki, onun ruhu vətəninə, dövlətinə, insanlara xidmət dolu işıqdır...

Mütalib Məmmədov
Hüquqşünas, AJB-nin üzvü

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar