Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

"Ramiz Mehdiyevdən tapılan 17 milyona 10 film çəkilərdi"

Tarix: 27-02-2026 13:19     Baxış: 319 A- / A+

"Mədəniyyətimizdə kino çox mühüm rol oynayır. Türkiyə filmləri ilə bu gün dünyanı Osmanlıdan daha çox tutub, eləcə də başqa ölkələr. Çox təəssüf ki, bizdə film çəkmək ancaq Mədəniyyət Nazirliyinin üzərində düşür".
Manevr.az xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. 
"Amma ölkədə nə qədər təşkilat var. Futbola sponsor olurlar, amma film çəkilişinə yox. Qurumlar bir-biri ilə yarışır, öz filmlərini çəkirlər. Bəs niyə film çəkməyə sponsorlar, şirkətlər yoxdur? Bizim də tarixi şəxsiyyətlərimiz var. Niyə Şah İsmayıl haqqında film çəkilmir?
Düzdür, Babək haqqında filmimiz var, Koroğlu haqqında var. Amma Koroğlu tarixi şəxsiyyət deyil. Ramiz Mehdiyevin 17 milyon pulu tapıldı. Bu, 10 dənə tammetrajlı film deməkdir. Bunu niyə evdə saxlayıb? Film çəksinlər, kino çəksinlər. İstəyirəm bizim filmlər də dünyaya çıxsın. Seriallar çəkilir, amma istədiyimiz kimi alınmır", - deputat qeyd edib./qafqazinfo

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar