Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Toliki o, əvəz edəcək - Şəkil

Tarix: 25-02-2026 19:32     Baxış: 340 A- / A+

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV kanalında aparıcı kimi fəaliyyətini dayandırıb.

Onun təqdim etdiyi proqram gələn həftənin ilk günündən etibarən yeni aparıcının iştirakı ilə yayımlanacaq. Toliki efirdə Könül Muxtarova əvəz edəcək. Kanal rəhbərliyinin bununla bağlı yaxın günlərdə rəsmi açıqlama verəcəyi gözlənilir.

"Tarixin bir günü" verlişinin adı dəyişiləcək. Məlumatda bildirilir ki, Tarix Əliyevin efirdən uzaqlaşdırılmasına səbəb son vaxtlar sosial şəbəkələrdə işlətdiyi qeyri-etik ifadələr və qalmaqallı çıxışları olub. Xüsusilə müğənni Səidə Sultan ilə yaşadığı açıq qarşıdurma və qarşılıqlı ittihamlar ictimaiyyət arasında geniş rezonans doğurmuşdu. Canlı yayımlarda və sosial platformalarda səsləndirilən fikirlər ciddi müzakirələrə səbəb olmuş, media etikası baxımından birmənalı qarşılanmamışdı. Qeyd edək ki, məsələ bununla da yekunlaşmayıb.

Məlumata görə, Audiovizual Şura tərəfindən aparılan monitorinqlərdən sonra təkcə Tolikin deyil, aparıcı Elgiz Əkbərin də proqramının yayımına xitam verilib. Bu qərarın televiziya məkanında etik norma və yayım prinsiplərinin qorunması məqsədilə qəbul edildiyi bildirilir. Hazırda məsələ ilə bağlı rəsmi qurumların və adıçəkilən şəxslərin mövqeyi məlum deyil.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar