Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Prokurorluğa çağırılan Çelsi ölkədən qaçdı

Tarix: 23-02-2026 22:09     Baxış: 351 A- / A+
Prokurorluğa çağırılan Çelsi ölkədən qaçdıSon günlər paylaşımları ilə gündəmə gələn model Çelsi Baxşıyeva prokurorluğa çağırılıb.

Sosial şəbəkələrdə nalayiq ifadələr işlədən tiktoker çağırışa getməyib, həmin gün ölkəni tərk edib.

Məsələ ilə bağlı Çelsinin də mövqeyini öyrəndik. O, şikayət etdiyi Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Anar Pirməmmədov tərəfindən hədələndiyi üçün ölkəni tərk etmək məcburiyyətində qaldığını deyib. Model son günlər özünün icazəsi olmadan şəxsi şəkillərinin yayılması faktı ilə bağlı da hüquq-mühafizə orqanlarına müraciət edib.

Çelsinin vəkili Asim Abbasov isə deyib ki, müvəkkili prokurorluğa dəvət olunan vaxt ölkədə olmayıb, bu səbəbdən məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Çelsi Anar Pirməmmədova qarşı ciddi ittihamlar səsləndirib. O iddia edib ki, aralarında sevgi münasibəti olub. Daha sonra Pirməmmədovun evli və iki övladı olduğunu öyrənib, onun tərəfindən şəxsi xarakterli video, yazışmaları ilə təhdid edilib.

Baxşıyevanın sözlərinə görə, əvvəllər 1 ay müddətinə inzibati qaydada həbs edilməsinə səbəbkar da elə Anar Pirməmmədov olub.

Bu ittihamlardan sonra Anar Pirməmmədovun FHN-dəki vəzifəsindən azad edildiyi bildirilir. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar