Xəbər lenti
Cəlilabadda 17 yaşlı oğlan bıçaqlandı

Cəlilabadda gənclər arasında düşən mübahisə nəticəsində 1 nəfər bıçaqlanıb.
Manevr.az xəbər verir ki, hadisə rayon mərkəzində, Heydər Əliyev prospektində yerləşən seyrəngahda qeydə alınıb.
Məlumata görə, münaqişə zəminində rayonun Uzuntəpə kənd sakini, 2009-cu il təvəllüdlü M. Əsgərəli bıçaq xəsarətləri alıb. Yaralı dərhal rayon mərkəzi xəstəxanasına çatdırılaraq cərrahi əməliyyata alınıb. Hazırda yeniyetmənin vəziyyətinin stabil olduğu bildirilir.
Əməli törətməkdə şübhəli bilinən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























