Xəbər lenti
Rusiyada polislər Özbəkistan vətəndaşını döyüb öldürdülər
Rusiyanın Xabarovsk şəhərində Özbəkistan vətəndaşları xwsusi təyinatlı polis dəstəsi (OMON) tərəfindən döyülüb.Özbəkistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, insident nəticəsidə iki zərərçəkən komaya düşüb, onlardan biri sonradan həyatını itirib.
Məlumata görə, hadisə ötən il dekabrın 12-də kafeyə basqın zamanı baş verib.
Özbəkistan XİN-in məlumatına görə, ölkə vətəndaşının ölümü ilə bağlı vəziyyət Özbəkistanın Vladivostokdakı baş konsulluğu və Miqrasiya Agentliyi tərəfindən izlənilir. Hazırda cəsədin Özbəkistana qaytarılması üçün işlər görülür.
Hadisədən sonra Özbəkistan baş konsulluğu Xabarovsk Diyar Prokurorluğuna, İstintaq Komitəsinə və Rusiya Xarici İşlər Nazirliyinin Xabarovsk diyarındakı idarəsinə hadisə ilə bağlı hərtərəfli, obyektiv və hüquqi cəhətdən araşdırma tələb edən notalar göndərib.
Qeyd olunur ki, hazırda Özbəkistan vətəndaşının ölüm səbəbi ilə bağlı rəsmi olaraq təsdiqlənmiş heç bir məlumat yoxdur. Səlahiyyətli orqanlardan dəqiq məlumat alındıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































