Sizin Reklam Burada
Xəbər lenti
01-01-2026
31-12-2025
BÜTÜN XƏBƏRLƏR

Tonlarla dizeli mənimsəyən rəislə maşinist həbs edildi

Tarix: 02-01-2026 21:48     Baxış: 321 A- / A+

Dəmir yollarında böyük həcmdə yanacaq mənimsəyən vəzifəli şəxslər həbs edilib.

Manevr.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və teplovoz maşinisti Famil Soltanov külli miqdarda dizel yanacağı və yağı mənimsəməkdə təqsirli biliniblər. Onlar qatarların faktiki hərəkət etmədiyi halda, sənədlərdə əlavə marşrutlar yerinə yetirildiyini göstərərək yanacağı kənar şəxslərə satıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, bu qanunsuz əməllər nəticəsində dövlətə ümumilikdə 107 min manat ziyan dəyib. Təqsirləndirilən şəxslər məhkəmə prosesi zamanı əməllərini etiraf ediblər. Xüsusilə rəis E. Sadıqov əlavə olaraq 70 ton dizel yanacağını da mənimsədiyini bildirib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Sadıqov 6 il, Famil Soltanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Dəymiş ziyanın qalan hissəsinin də dövlət büdcəsinə qaytarılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, hər iki şəxs məhkəmə zalındaca həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib. milli.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar