Sizin Reklam Burada
Xəbər lenti
01-01-2026
31-12-2025
BÜTÜN XƏBƏRLƏR

Təzyiqin düşməni olan 4 amil

Tarix: 02-01-2026 22:17     Baxış: 424 A- / A+


V
Ruiyalı kardioloq Denis Prokofyev hipertoniya diaqnozu qoyulmadan sağlam həyat sürməyin yollarını açıqlayıb.
Manevr.az xəbər verir ki, mütəxəssis arterial təzyiqin yüksəlməsinə səbəb olan amilləri aradan qaldırmaqla bu xəstəlikdən qorunmağın mümkün olduğunu bildirib. O, artıq çəkidən qurtulmağın və zərərli vərdişlərdən imtina etməyin yüksək təzyiq riskini minimuma endirdiyini vurğulayıb.
Həkimin sözlərinə görə təzyiqin qəfil sıçrayışları əsasən stress, duzlu qidalardan həddindən artıq istifadə, spirtli içkilər və siqaret çəkmə fonunda baş verir.
Prokofyev qeyd edib ki, "Simptomatik forma kimi təzyiqin yüksəlməsi halları demək olar ki, hər kəsdə olur, lakin bəzən arterial hipertoniyanın inkişaf riskini azaltmaq üçün sadəcə təhrikedici amilləri aradan qaldırmaq kifayətdir". O, insanların təzyiq göstəricilərinə vaxtında diqqət yetirməsinin vacibliyini xüsusi qeyd edərək "İnsanlar yüksək təzyiqə nə qədər tez diqqət yetirsələr və mümkün səbəbləri müəyyən etsələr, hipertoniya diaqnozundan qaçmaq şansı bir o qədər çox olar" sözlərini əlavə edib.
Kardioloq bildirib ki, mütəxəssislər diaqnoz qoyarkən 120-nin 80-ə olan təzyiq göstəricisini əsas götürürlər. Bu həddi aşan göstəricilər artıq bədənin verdiyi bir siqnal kimi qəbul edilməlidir. Sağlam qidalanma və aktiv həyat tərzi ilə yanaşı, mütəmadi tibbi müayinələrin də xroniki hipertoniyanın qarşısını almaqda böyük rolu olduğu bildirilir.milli.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar