Xəbər lenti
Nadir sindrom: Britaniyalı qadın yuxudan oyanıb başqa ləhcə ilə danışdı
Böyük Britaniyanın Staffordşir qraflığında yaşayan 28 yaşlı Veriti Uent şiddətli miqren tutmasından sonra oyanarkən yeni bir aksentlə danışmağa başladığını aşkar edib.Bu barədə WTJ portalı xəbər yayıb.
Məlumata əsasən, Veriti Uentə nadir nevroloji vəziyyət olan "xarici aksent (ləhcə) sindromu" diaqnozu qoyulub. Bildirilib ki, bu hal sinir sisteminin funksional pozğunluğu nəticəsində yaranıb.
Tətil zamanı miqren tutmasından sonra yuxudan oyanan qadın əvvəlcə nitqinin səlis olmadığını hiss edib. Bir neçə dəqiqə sonra isə Britaniyanın şimal-şərqinə xas olan açıq-aşkar "djiordi" aksenti ilə danışmağa başlayıb. Veriti Uent etiraf edib ki, ilk anda şoka düşüb və özünü sanki kimliyini itirmiş kimi hiss edib.
Lakin zaman keçdikcə o, yeni səsini tam şəkildə qəbul edib və hazırda onu "həqiqi" hesab edir. Qadının sözlərinə görə, hətta daxili düşüncələri, yuxuları və yuxuda danışığı belə yeni aksentlə baş verir.
Uent Nyukasl şəhərinə səfəri zamanı yerli sakinlərin onun danışığını bölgə üçün tam təbii qəbul etdiklərini bildirib. Ailə üzvləri isə yeni ləhcənin ona əvvəlkindən daha çox yaraşdığını qeyd ediblər.
Qeyd edək ki, bu, nevroloji pozuntular nəticəsində insanların fərqli ləhcələrlə və ya hətta xarici dillərdə danışması ilə bağlı ilk hal deyil. "Xarici aksent sindromu" nadir rast gəlinən bir vəziyyət olsa da, tibbdə insult, kəllə-beyin travmaları və ya ağır miqren tutmalarından sonra meydana çıxa bilən hal kimi tanınır. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































